Ukrayna geosiyasi güclər arasında poliqona çevrilib - POLİTOLOQ AÇIQLAMA VERDİ

"Rusiya və Ukrayna müharibəsinin yenidən gərginləşdiyinin şahidi oluruq. Artıq Rusiya ordusunun müharibədə ikinci mərhələyə keçdiyi müşahidə olunur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, Mariupolun tutulmasından sonra rus qoşunu digər istiqamətlərdə hücuma davam edir: "Təəssüf ki, dünya Avrasiyanın orta yerində baş verən müharibə qarşısında susqunluğunu nümayiş etdirir. Səsləndirilən bəyanatlar, atılan addımlar isə daha çox siyasi xarakter daşıyır".

Politoloq sözlərinə davam edərək qeyd edib ki, həyatını itirən də, yurd-yuvasından köç edən də sadə xalq olur: "Bu gün Ukrayna geosiyasi güclər arasında poliqona çevrilib. Əgər əvvəllər poliqon rolunu İraq, Əfqanıstan, Suriya oynayırdısa, bu dəfə hadisələr Ukraynada cərəyan edir. Bu da onu göstərir ki, xarici siyasət davranışında kifayət qədər ayıq olmaq, çevik hərəkət etmək lazımdır. Dünya liderlərinin əsas prinsipi vədlərə deyil, real işlərə inanmaq olmalıdır".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə