Baş nazirlər Ukraynaya səfər edib

İspaniyanın baş naziri Pedro Sançes və Danimarkanın baş naziri Mette Frederiksen Ukrayna prezidenti Volodimir Zelenskiyə dəstək olmaq üçün Ukraynanın paytaxtı Kiyevə gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenskiyə dəstək məqsədilə təşkil ediləcəyi bildirilən səfər zamanı İspaniyanın baş naziri Sançes və Danimarka baş naziri Frederiksen Ukrayna rəsmiləri tərəfindən qarşılanıb.

Baş nazir Sançes sosial media hesabından “Kiyevə gəldim. Ukraynada İspaniyanın həmrəyliyi və sədaqəti var",- deyə açıqlama verib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə