Rusiya işğalın sona çatması üçün ŞƏRTİNİ AÇIQLAYIB

Donbasda yeni müharibəyə başlayan Rusiya Ukraynada hərbi fəaliyyətlərin yalnız NATO təhlükəsinin dayandırılması ilə mümkün ola biləcəyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin yüksək rütbəli rəsmisi Aleksey Polişçuk bildirib ki, Moskvanın xüsusi hərbi əməliyyat adlandırdığı işğal, NATO Rusiyanı Ukrayna ərazisindən təhdid etməyi dayandırdıqda sona çatacaq. Bununla belə, Polisçuk NATO-nun Ukrayna ərazisindən Rusiyanı necə təhdid etdiyini ətraflı açıqlamayıb.

ABŞ Ukraynaya müdaxilə başlayandan bəri dəfələrlə Rusiyaya kömək etməmək barədə xəbərdarlıq edən Çinlə sıx təmasda olub. ABŞ-ın müdafiə naziri Lloyd Ostin çinli həmkarı Vey Fenqe ilə görüşüb. Ukraynanın işğalının gündəmə gətirildiyi görüşdə regional təhlükəsizlik məsələləri də müzakirə olunub.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə