Böyük Qayıdışla bağlı hansı proseslər həyata keçirilir? - PARTİYA SƏDRİ AÇIQLADI
"Sosial-iqtisadi nailiyyətlərimiz siyasi qələbələrimizi daha da möhkəmləndirir. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi 30 illik Vətən həsrətinə son qoydu, torpaqlarımız işğaldan azad edildi. 2021-ci il isə Azərbaycanın müasir tarixinə quruculuq, abadlıq ili kimi yazıldı". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Sosial Rifat Partiyasının sədri Əsli Kazımova bildirib.

Onun sözlərinə görə, işğal dövründə erməni vandalizminin qurbanına çevrilən, dağıdılan, yerlə-yeksan olunan kəndlərimiz, şəhərlərimiz, dini, mənəvi, tarixi abidələrimiz, o cümlədən təbii resuraslarımız yenidən bərpa olunur: "Azərbaycan dövləti bütün gücü ilə həmin torpaqları yenidən canlandırmaq, dirçəltmək üçün səfərbər olub. 2021-ci ildə Azərbaycan dövləti işğaldan azad edilmiş reigonlarımızda meqa-abadlıq işləri görməklə yanaşı, regionda formalaşan yeni iqtisadi reallıqların fonunda beynəlxalq əməkdaşlığın qurulması, gücləndirilməsi, təhlükəsizliyin və dayanıqlı sülhün təmini üçün böyük səy göstərdi. Bu mənada, ötən il dövlətimiz qarışısındakı prioritetlərin həyata keçirilməsinə nail olub. Post-münaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki, qarşımızda duran bütün vəzifələr icra edilib. Bu gün dünyanın böyük dövlətləri, o cümlədən beynəlxalq təşkilaitlar qlobal inkişafa mühüm töhfə olacaq bu əməkdaşlığın formalaşması istiqamətində Azərbaycanın ortaya qoyduğu səyi dəyərləndirir, yüksək qiymətləndirir.
Beynəlxalq arenada Azərbaycan öz uğurlu xarici siyasətini yüksək peşikarlıqla həyata keçirir. Bunun nəticəsidir ki, bir sıra xarici dövlətlər artıq işğaldan azad edilmiş regionlara intestisiya qoyluşunda maraqlı olduğunu dilə gətirir. Ən əsası isə, Azərbaycan dövləti Qarabağı öz keçmiş şöhrətinə qaytarmaq, yeni, müasir şəhər və kəndlər yaratmaq, həmin ərazilərə köçürüləcək vətəndaşlarımızın sosial rifahını təmin etmək üçün böyük işlər görür. Aprelin 12-də Prezident İlham Əliyevin Sədrliyi ilə keçirlən birinci rübün yekunlarına həsr olunan müşavirədə çıxışı edən ölkə başçısı bildirdi ki, Qarabağ və Zəngəzur nümunəvi bölgə kimi inkişaf olunacaq. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Dünya üçün də bu inkişaf bir nümunə olacaq. Prezident İlham Əliyev öz çıxışında xalqımıza mühüm bir müjdəni də verdi: "Ağalı kəndinin sakinləri artıq bu il Ağalıda yerləşəcəklər, orada yaşayacaqlar. Bu il Ağalı kəndinin açılışı olacaq. Bu, birinci pilot layihədir. Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına bu il başlanacaq. Bu, bir neçə kəndi birləşdirən layihədir. Ağalı kəndindən daha böyük yaşayış yeri olacaq. Azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri hazırlanır və şəhərlərlə paralel olaraq kəndlər də bərpa olunacaq".
Qarabağın inkişafı və bərpası istiqamətində həyata keçirilən işlər sürətlə davam etdirilir. Bunun nəticəsidir ki, üç məktəbin - Ağdamda 1 nömrəli məktəb, Cəbrayıl şəhərində məktəb və Şuşa şəhərində məktəbin inşasının bu il başa çatması planlaşdırılır. Hər üç məktəb 960 yerlikdir. Dörd xəstəxana inşa edilir. Şuşa şəhərində xəstəxana bu il istismara veriləcək, Ağdamda 210, Füzulidə 180 çarpayılıq xəstəxanaların inşasına start verilib. Cəbrayılda isə yaxın gələcəkdə xəstəxananın təməli qoyulacaq.
Cənab Prezidentimiz müşavirədə dövlətimizin Qarabağın bərpası ilə bağlı görülən və planlaşdırılan işlərlə bağlı mühüm mesajlar səsləndirdi. Bu müjdəli xəbərlər hər bir azərbaycanlının qüruru, sevincidir. Ağdam və Füzuli şəhərlərinin Baş planları təsdiqlənib və Baş planlar əsasında işlərə start verilib. Qeyd edildiyi kimi, qarşıdakı dövrdə görüləcək işlərin detalları Azərbaycan xalqı ilə bölüşüldü: "Digər şəhərlərin Baş planlarının təsdiqlənməsi bu yaxınlarda öz həllini tapmalıdır. Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin, Hadrut və Suqovuşan qəsəbələrinin Baş planları hazırlanmalıdır, bu il təsdiq edilməlidir və ondan sonra bizim Qarabağ və Şərqi Zəngəzura aid olan investisiya proqramında əlavələr edilməlidir. Burada 2,2 milyard manat vəsait nəzərdə tutulur. Amma birinci rübdə cəmi 300 milyon manatdan bir qədər çox vəsait istifadə olundu. Minalardan təmizlənmə prosesini sürətləndirmək üçün bu il dövlət büdcəsində 100 milyon manata yaxın vəsait nəzərdə tutulub və bu prioritet məsələdir".
Görülən abadlıq-quruculuq işlərində Qarabağın incisi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın inkişafı məsələsi xüsusi diqqət mərkəzindədir. Cənab Prezidentin vurğuladı kimi, Şuşanın bərpası bütün digər azad edilmiş torpaqlarla yanaşı çox önəmlidir. 30 ilə yaxın işğal altında olan Şuşada vandalizm nəticəsində dağıdılmış Azərbaycanın tarixi-mədəni, dini abidələri bərpa olunur. Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasını hər zaman xüsusi diqqət mərkəzində saxlayan Heydər Əliyev Fondu 3 məscidin əsaslı şəkildə bərpa olunmasını, yeni məscidin isə inşasına başlanılmasını təmin edir. cənab Prezidentimizin də bildirdiyi kimi, Şuşada yeni teleqüllənin təməli qoyuldu. 960 şagirdlik məktəb, 90 çarpayılıq xəstəxana inşa edilir. Bu layihələrin təməli qoyuldu. Keçmiş poçt binasında “ASAN xidmət”, DOST mərkəzi və əhaliyə xidmət göstərən digər qurumlar yerləşəcək. Poçt binası memarlığı saxlanılmaq şərti ilə əsaslı şəkildə təmir olunacaq. Şuşada yaşayış məhəlləsinin təməli qoyulub, evlərin inşasına start verilib. Yeni beşulduzlu otelin inşası üçün yer seçilib.
Dövlət siyasətinin prioritet istiqamətlərindən olan sosial siyasət kursu həssas təbəqədən olan vətəndaşlarımızın rifahının yüksəldilməsini təmin edir. Şəhid ailələri, müharibə əlilləri üçün inşa edilmiş evlərin, mənzillərin sayı günü-gündən artır. Birinci Qarabağ müharibəsindən sonra prioritet məsələlərdən sayılan şəhid ailələrinin və müharibə əlilləlirinin evlə təmin olunması məsələsi İkinci Qarabağ müharibəsindən sonra da öz aktuallığını qorumaqdadır.
Bu cür böyük miqyaslı işlərin sürətli və keyfiyyətli şəkildə həyata keçirilməsi üçün dövlətin gücü, iqtisadi dayanıqılılığı mühüm şərtdir. Hər bir siyasi qələbəni şərtləndirən əsas amil iqtisadi inkişafdır. Bu mənada, bu ilin birinci rübündə əldə olunan nəticələr olduqca yüksəkdir. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, iqtisadi göstəricilərimiz çox müsbətdir: "Birinci rübün yekunları, bu rəqəmlər faktiki olaraq heç bir şərhə ehtiyac qoymur. Ümumi daxili məhsul 6,8 faiz artıb. Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir, ancaq qeyri-neft sənaye istehsalında 18 faizdən çoxdur. İqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sektorundan asılılığın azaldılması, həm ümumi daxili məhsuldakı payının, həm ixracdakı payının aşağı düşməsi – bütün bunlar reallıqlardır".
Dövlət başçısı qeyd etdi ki, ölkənin xarici ticarət dövriyyəsi 60 faizdən çox artıb. İxracımız təxminən iki dəfə artıb. Burada neftin artan qiymətləri də nəzərə alınmalıdır. Ancaq qeyri-neft ixracımız da kifayət qədər artıb – 45 faiz. Bu da məhz aparılan islahatlar nəticəsində baş vermiş hadisədir. Bir il ərzində xarici borcu təqribən 600 milyon dollardan çox bir səviyyədə aşağı sala bilmişik. Bu da xarici borcun idarə edilməsi strategiyasının icrası nəticəsində mümkün olmuşdur.
Düzgün istiqamətlənmiş, milli maraqlara söykənən iqtisadi siyasət kursu ölkəmizin əldə etdiyi nailiyyətlərdə mühüm əhəmiyyət kəsb edir. Bunun nəticəsidir ki, Azərbaycan istər böyük dövlətlər, istərsə də beynəlxalq təşkilatlar tərəfindən yaxın tərəfdaş qismində qəbul edilir. Ölkəmiz xarici investisiya üçün açıqdır. O cümlədən, Azərbaycan dövləti bu gün xarici ticarət balansında böyük nailiyyətlər əldə edir. Sözügedən müşavirədə çıxışında bu məsələyə toxunan Prezident İlham Əliyev bildirib: "Xarici ticarətin balansı çox müsbətdir, müsbət saldo cəmi üç ayda 5 milyard dollardan çoxdur. Mütəxəssislər onu da bilirlər ki, dünyanın əksər ölkələrində saldo mənfidir. Ölkələr daha çox idxal edir, nəinki ixrac edir. Azərbaycanda isə təkcə üç ayda 5,1 milyard dollar gəlib. Bizim ixracımız idxalı üstələyir"
İşğaldan azad edilmiş ərazilərdə yenidən həyatın canlanması, öz ata yurdlarına qayıdacaq vətəndaşlarımız üçün rahat şəraitin qurulması mühüm şərtdir. Təbii ki, bu proses koordinasiyalı və planlı şəkildə aparılır. Dövlətimizin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsini təşkil etməkdir. Bu ərazilərin yenidən abadlaşması və bu ərazilərdən səmərəli istifadə edilməsi ölkə iqtisadiyyatına da mühüm müsbət təsirlərini göstərəcək. Bu ərazilədə yeyinti və emal sənayesini inkişaf etdirmək imkanları genişdir. Azad olunmuş ərazilərimizdə istehsal olunacaq kənd təsərrüfatı məhsulları ixrac yönümlü olacaq və ixrac potensialımızın artmasında əhəmiyyətlli yer tutacaqdır. Bu isə qarşıdakı illərdə daha güclü, daha qüdrətli Azərbaycanın yüksək inkişafına öz töhfəsini verəcək!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB