Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin humanitar məsələlər üzrə köməkçisi və fövqəladə yardım üzrə koordinatoru Martin Qriffits BMT-nin Nyu-Yorkdakı (ABŞ) baş qərargahında jurnalistlərə açıqlama verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ukraynada yerli atəşkəs təşkil etmək cəhdlərinin zəruriliyini vurğulayan Qriffits, köməksiz mülki əhalinin döyüş bölgələrindən təxliyəsi və çox ehtiyac duyulan yardımı göstərməsi üçün çıxış edib.
Ukrayna və Rusiya qüvvələri arasında humanitar atəşkəsin hazırda üfüqdə olmadığını, lakin bunun bir neçə həftə ərzində mümkün ola biləcəyini ifadə edən Qriffits, Türkiyənin sülhə nail olması üçün ümidli olduğunu dilə gətirib. “Mən bu həftə Türkiyəyə səfər edərək, prezident Rəcəb Tayyib Ərdoğan və digər rəsmilərlə Ukrayna və Rusiya arasında humanitar danışıqlara ev sahibliyi etmək ümidlərini müzakirə edəcəyəm”, - deyə Qriffits bildirib.
Türkiyənin sülhə gedən yolda uğurlu olduğunu qeyd edən Qriffits, "Türkiyə özünü bu danışıqlar üçün həqiqətən dəyərli və faydalı bir ev sahibi kimi hər iki tərəfə təqdim edə bildi" deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB