Rusiya Ukraynanın Mariupol şəhərində əməliyyatlarını davam etdirərkən bəzi məqamlarda Azov batalyonunun müqaviməti ilə qarşılaşıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, rus ordusuna maddi-texniki dəstək verən əsgərlər Azov batalyonunun pusqusuna düşüb. Bildirilib ki, maşınlarının altında gizlənən rus əsgərlərinə qumbaraatanlarla hücum edən “Azov” batalyonu pusquya düşən bütün Rusiya qüvvələrini zərərsizləşdirib.
Ukrayna Daxili İşlər Nazirinin müşaviri Anton Geraşenko sosial şəbəkədə Azov batalyonunun rus əsgərlərini vurduğu pusqu görüntülərini paylaşaraq “Mariupolun müdafiəsi davam edir. Üstün düşmən bölmələrinə qarşı hücumlar həyata keçirilir. Azov batalyonunun əsgərləri Mariupolda qəhrəmancasına hücuma keçiblər",- deyə açıqlama verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB