Üçüncü dünya müharibəsi başlayır?

Ukraynanın "Neptun" raketi Rusiyanın "Moskva" hərbi gəmisini vurdu və bu, müharibəni başqa ölçüyə çevirdi. SİA xarici mətbuata istinadən xəbər verir ki, Türkiyədə aparılan danışıqlardan sonra gərginlik azalmağa başladığı üçün liderlərin nə vaxt masa arxasına əyləşəcəyi müzakirə olunub. Rus ordusu vəd edilən yerlərdən geri çəkilərkən, Buçadan gələn görüntülər danışıqları arxa plana keçirib.

Ukrayna Kiyevə və bir çox başqa məntəqələrə nəzarəti ələ keçirərkən rus gəmisi nəhayət Moskvaya dəydi. 510 heyətdən ibarət gəmi batarkən Rusiya Dövlət Televiziyasının aparıcısı Olqa Skabeyeva təəccüblü açıqlamalar verib. NATO ilə Rusiya arasında müharibənin başladığını deyən aparıcı Ukraynanın paytaxtı Kiyevin tamamilə dağıdılmalı olduğunu da vurğulayıb.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə