Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Putinin nüvə silahından istifadə edə biləcəyini dünyaya bəyan edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Zelenski "Dünya Putinin Ukraynaya qarşı müharibəsində taktiki nüvə silahından istifadə ehtimalına hazır olmalıdır" deyib.
Zelenski bildirib ki, Putin Ukrayna xalqının həyatına dəyər vermədiyi üçün nüvə və ya kimyəvi silahlara müraciət edə bilər.
Məsələ ilə bağlı açıqlama verən ABŞ rəsmiləri xəbərdarlıq ediblər ki, Putin küncə sıxılacağı təqdirdə Ukraynada taktiki nüvə silahının istifadəsinə keçə bilər. Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Burns açıqlamasında bildirib ki, Mərkəzi Kəşfiyyat İdarəsi bu ehtimalı çox diqqətlə izləyir və ABŞ hələ Rusiyanın belə bir addım atmağa hazırlaşdığına dair hər hansı əlamət görməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB