Ukrayna prezidenti Vladimir Zelenskinin Qərb ölkələrindən ağır silahlar tələb etməsindən sonra ABŞ administrasiyasının 750 milyon dollar dəyərində yeni silah yardımı etməyə hazırlaşdığı bildirilir. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ administrasiyası hansı silahların göndəriləcəyinə hələ qərar verməsə də, variantlar arasında ağır quru artilleriya sistemləri, sahil müdafiəsi dronları, həmçinin mümkün bioloji, kimyəvi və nüvə hücumlarından qorunmaq üçün nəzərdə tutulmuş geyimlər var.
Kremlin Kiyevlə atəşkəs danışıqlarının dalana dirəndiyini bildirməsi, ABŞ Müdafiə Nazirliyinin Amerikanın 8 əsas silah istehsalçısı ilə görüş planlaşdırdığı bir vaxtda Ukraynada müharibənin daha uzun sürə biləcəyi ilə bağlı qiymətləndirmələrə səbəb olub. Ukraynada müharibənin uzanacağı təqdirdə silah sənayesi yeni, modernləşdirilmiş hərbi imkanlara dair tövsiyələr alacaq.
Digər tərəfdən, Qərb ölkələrinin Ukraynanı silahlandırmaq cəhdləri dünən Rusiya tərəfindən sərt şəkildə tənqid olunsa da, təhdidlərlə qarşılanıb. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Ukraynaya silah çatdıran ABŞ və NATO maşınları “qanuni hərbi hədəf” kimi qəbul ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB