Rusiyanın siyasi qələbəsi mümkün deyil - POLİTOLOQ ŞƏRH ETDİ

"Rusiyanın əsas məqsədi Donbası ələ keçirməkdir. Bu ərazini tutmayınca Rusiyanın müharibəni dayandırmaq fikri olduğunu düşünmürəm". Bu sözləri SİA-ya açıqlamasında politoloq Fərhad Mehdiyev deyib.

Onun sözlərinə görə, Ukraynaya silah yardımı olana qədər vəziyyət indiki kimi davam edəcək: "Yardım olunandan sonra isə müharibənin gedişatında dəyişiklik görmək mümkün olacaq. Mən Rusiyanın hərbi qələbəsini istisna edirəm. Siyasi qələbəsi isə ümumiyyətlə mümkün deyil. Çünki əgər məqsədi Ukraynanı ələ keçirmək idisə, indi Rusiya onu uzunmüddətli itirmiş oldu. Xalqda da Rusiyaya qarşı böyük nifrət hissi var".

Politoloq sözlərinə davam edərək həmçinin belə qeyd edib ki, döyüş dayansa belə rus ordusu ələ keçirdiyi yerlərdən çəkilməsə, Rusiyaya qarşı sanksiyalar da davam edəcək: "Ukrayna özü hərb meydanında qələbə çalmasa Rusiya həmin əraziləri geri qaytarmayacaq. Sırf atəşkəsə nail olmaqla Rusiyanın sanksiyaların aradan qalxması üçün tutduğu ərazilərdən çıxacağına ümidim yoxdur. Amma bir müddətdən sonra Rusiyada sanksiyaların təsiri getdikcə artacağı üçün geri çəkilməyə məcbur olacaq".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə