"Rusiya Ukrayna müharibəsində ilişib qalıb". Bunu SİA-ya açıqlamasında Politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, müharibənin başlamasından 21 gün ötür: "Müharibədə ölənlərin sayı artmaqdadır. Ukrayna ordusu Rusiyaya hər tərəfdən zərbə vurur. Meşələrdə partizan müharibəsi davam edir. Rusiya ordusu ağır vəziyyət qarşısındadır. Belə olduğu təqdirdə Rusiyanın iqtisadiyyatı da zəifləyir. Şirkətlərin bir çox Rusiyanı tərk edir. Rusiyanın müharibə dayanandan sonra özünə gəlməsi müəyyən vaxt alacaq. Müharibədən əvvəlki dönəmə qayıtması Rusiya üçün çətin olacaq. O, tərəfdaşlarını itirir. Böyük ölkələrdən Çin və Hindistan Rusiyanın bu siyasətindən ehtiyatlanır. Ukrayna məsələsində ehtiyatlı mövqe saxlayırlar. Ona görə Hindistan və Çin şirkətləri də Rusiya ilə əməkdaşlıqdan uzaqlaşmağa çalışırlar. Amerika Rusiya ilə əlaqədə olan şirkətləri siyahıya alır. Rusiyanin imicinə zərər dəyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB