"İlk növbədə nəzərə almaq lazımdır ki, bu, Ukraynanın vətən müharibəsidir". Bunu SİA-ya açıqlamasında Politoloq Natiq Miri deyib.
Onun sözlərinə görə, Ukraynanın davası ədalətlidir: "Çünki, öz dövlətini və öz torpaqlarını qorumaq məcburiyyəti ilə üzləşib. Buna görə də Ukrayna xalqının bu mübarizəsi haqlıdır. Bu müharibə çərçivəsində biz Ukrayna xalqının bir yumruq olaraq birləşdiyini şahidi oluruq. Məhz bunun nəticəsində Ukrayna bütün cəbhəboyu həm canlı qüvvəsi ilə, həm də texnikaları ilə hətta əliyalın mülki şəxsləri belə Rusiyanın işğalının qarşısını almağa çalışır. Ukrayna xalqı çox ciddi dirəniş göstərir. Bunun nəticəsidir ki, Rusiyanın və dünyanın gözləmədiyi dirəniş sərgilənir. Düşünürəm ki, müharibə davam etdikcə Rusiya tərəfinin itkiləri artacaq. Düşünürəm ki, Rusiya bu müharibəni uzunmüddətli etmək fikrində deyil. Rusiya iqtisadiyyatının da sanksiyalara nə qədər tab gətirəcəyi sual altındadır. Yaxın 10 gün ərzində vəziyyət dəyişəcək".
Politoloq Natiq Miri sözlərinə əlavə edərək qeyd edib ki, Rusiya maraqlıdır ki, müharibəni danışıqlar yolu ilə həll etsinlər: "Bu zaman Rusiya hərbi üstünlüklər əldə etməyə çalışacaq. Ancaq düşünürəm ki, Rusiya istəklərinə nail ola bilməyəcək. Rusiyanın başıpozuq ordusunun plansız hərəkətləri qarşısında Ukraynanın planlı hərəkətləri diqqəti cəlb edir. Rusiya hərbi uğur qazanmağa malik deyil. Düşünürəm ki, hər gün canlı itkisi çoxaldıqca Rusiya daha da geri çəkilməyə meyilli olacaq. Hər bir halda Ukrayna qalib olacaq. Doğrudur ki, Ukrayna dövlətinin bir çox şəhərləri dağıdılıb. Ukrayna zərərçəkən tərəfdir. Yenidən Ukrayna şəhərlərini bərpa etmək üçün yüz milyar dollarla vəsait tələb olunacaq. Eyni zamanda şəhərlərin bərpası zaman alacaq. Ukrayna xalqı çox ciddi məhdudiyyətlərlə üzləşəcək. Qalib Ukrayna xalqıdır ki, işğala və zülmə qarşı dayanır. Düşmən hədəflərinə çata bilmədi. Rusiya özünün qoyduğu stateji hədəflərə çatmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB