Rusiya ilə Ukrayna arasında baş verən müharibə getdikcə şiddətlənir - MÜNASİBƏT BİLDİRİLDİ

“Rusiya ilə Ukrayna arasında baş verən müharibə getdikcə gərginləşir, şiddətlənir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Rusiya planlarından imtina etmək istəmir: “Rusiya Ukraynanın tamamını işğal etmək istəyir. Buna görə beynəlxalq aləmlə üz-üzə qalıb. Bu müharibənin nəticələri həm Rusiya və Ukraynaya, həm də dünyaya öz mənfi təsirini göstərəcək. Ukrayna da təslim olmaq istəmir. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar ölkənin iqtisadiyyatına mənfi təsirlərini göstərir. Rubl gündən-günə aşağı düşür. Amma Rusiya öz planlarından yenə də əl çəkmir. Rusiya bu istiqamətdə yanlız Belarusiya ilə əməkdaşlıq edir. Avropa ilə əlaqələri kəsilən Rusiya qazını gələcəkdə Çinə satacaq. Çin banklarından istifadə edəcək, amma Çinin də öz planları var. Bütün hallarda müharibə davam edir. Müharibə davam etdikcə danışılan 3-cü dünya müharibəsi riski də artır. Müharibə uzandıqca Rusiyanın NATO ilə toqquşması ehtimalı da artacaq. ”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə