SİA Politoloq Qabil Hüseynin müsahibəsini təqdim edir:
- Rusiyanın Ukrayna ərazisində hərbi əməliyyatlara başlaması və baş verən son prosesləri necə qiymətləndirirsiniz?
- Rusiya Ukrayna tərəfindən açıq təcavüzə uğrayır və beynəlxalq hüquq normaları tapdalanır. Rusiya Ukraynanın suveren hüquqlarını pozduğu üçün bu, təcavüzkar müharibə adlandırılır. Rusiya-Ukrayna müharibəsi bütün dünyaya zərər verəcək. Bu dəfə dünya ictimaiyyəti Rusiyanın hücumunu qətiyyətlə pisləyir və Ukraynaya ciddi yardım göstərməkdə həvəsli görünür. Rusiya istədiyini həyata keçirə bilməyəcək və
biabrçı məğlubiyyətə uğrayacaq.
Düşünürəm ki, bu müharibə Rusiya üçün pis nəticələr doğuracaq. Çünki diqqət yetirsək ölkədə rublun dəyəri iki gündə iki dəfə azalıb. Əgər 50 rubl 1 dollar idisə, bu gün 100 rubl 1 dollardır. Ölkədəki oliqarxların bir necə gün ərzində varidatları 50 milyard dollar azalıb. Müharibə davam etsə ciddi nəticələrin şahidi olacağıq. Bundan başqa digər ölkələr Rusiyaya sanksiyalar tətbiq etsə, vəziyyət daha açınacaqlı olacaq. Hazırda Ukrayna ordusu Rusiyanın hücumlarını dəf edir. İndiyədək 6 təyyarə və iki helikopterin vurulduğu bildirilir. Hava hücumu zamanı Ruslar qırıcı təyyarələrdən və raketlərdən istifadə edir, Ukrayna ərazisindəki dronları sıradan çıxarmağa çalışır. Bütün bunlara baxmayaraq Rusiyanın quru qoşunları və tanklar irəliyə doğru hərəkət edə bilmir. Çünki Ukrayna ordusu tank əleyhinə ən müasir silahlarla silahlandırılıb. Yəni bu gün Rusiya dezinformasiya yayaraq öz uğurları ilə bağlı danışa bilər. Lakin buna çox inanmaq lazım deyil. Buna görə informasiyaları birtərəf mənbələrdən əldə etmək lazımdır.
- Luqansk və Doneskt vilayətlərinə muxtariyyət verilməsi düzgün addım idimi?
- Rusiya zorakı yollarla vəziyyəti qəbul etdirməyə çalışır. Qondarma respublikaların müstəqilliyini tanıdı. Daha sonra Rusiyanın Dövlət Duması bu sənədi ratifikasiya etdi. Putin də bu qərarı imzalayaraq təsdiq etdi. Rusiya tərəfi guya ki, Luqansk və Donetski müstəqil dövlət kimi tanıyır. Rusiya özü qondarma "respublika"lar qurub özünə tabe etdirmək yolu ilə açıq işğal siyasətini həyata keçirir. Dünya Rusiyaya etdiyi hərəkətə görə bədəl ödətdirəcək.
- Azərbaycanın bu münaqişəyə münasibəti necə olacaq?
- Azərbaycan Ukraynanın ərazi bütövlüyünü müdafiə edir. Bununla bağlı bəyanatlar da verib. Cənab Prezident İlham Əliyevin təxminən 1 ay əvvəl - müharibədən öncə Ukraynaya səfər etməsi bunu deməyə əsas verir ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Təbii ki, dünya ölkələri kimi biz də Rusiyanın təcavüzkar siyasətini pisləyirik. Amma bunu açıq şəkildə ifadə etmək və dünyaya çar çəkmək düzgün olmaz. Çünki Azərbaycanın özündə həll olunması məsələləri çoxdur və bu məsələlərin həlli prosesində Rusiya da iştirak edir. Azərbaycan Ukrayna və Rusiya arasında balanslı siyasət yürüdür.
- Kənar qüvvələrin münaqişəyə müdaxilə etməsi gözlənilirmi?
- Düşünürəm ki, ilk vaxtlarda dünya ölkələri Ukraynaya silah və maliyyə yardımı göstərəcək. Vəziyyətin gərginləşməsi davam edərsə Ukrayna-Polşa-Böyük Britaniya üçlüyünün Rusiyaya qarşı müharibəyə başlayacağı an məsələsidir. Polşa və Böyük Britaniya hətta canlı qüvvə və digər vasitələrlə Ukraynadakı proseslər qoşula bilər. Amerika Birləşmiş Ştatları da hansısa formada Ukraynaya tək olmadığını hiss etdirəcək. ABŞ həm də canlı qüvvə baxımından kömək edə bilər. Bunu mən təxmin edirəm.
- Münaqişəni dayandırmaq üçün nə etmək lazımdır? İndiki məqamda sülh danışıqları aparıla bilərmi?
- Dünyanın böyük əksəriyyəti Ukraynanı müdafiə edir. O cümlədən də Qərbin bütün ölkələri Rusiyanın hərəkətlərini XXI əsrdə dünyaya meydan oxumaq kimi qiymətləndirir. Ukraynanın gücü bundadır ki, anti-Rusiya koalisiyası genişlənir. Bununla da Ukrayna mövqeyini gücləndirir. Güclü zərbə vurulsa Rusiya geri çəkilməyə və sülh danışıqları aparmağa məcbur olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB