"Müharibə dayanmasa bunun nəticələri çox ağır olacaq" - MÜNASİBƏT BİLDİRİLDİ
“Rusiya ilə Ukrayna arasında münaqişə davam edir. Ukrayna öz ərazilərini qorumaq istəyir”. Bu fikirləri SiA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.
Onun sözlərinə görə, Rusiya işğalçılıq siyasətini davam etdirir: “Ukrayna dövləti və prezidenti Zelenski Rusiyaya qarşı dirənir, mübarizəni davam etdirir. Putin istəyir ki, əraziləri işğal etsin. Ukrayna Rusiyanın hərbi tərəyyarələrini vurub. Hal-hazırda iki dövlət arasında müharibə gedir. Rusiya istədiyini əldə etməyənə qədər dayanmağı fikirləşmir. Rusiyanın çox güclü radar sistemi var. Ukrayna Rusiya istiqamətinə raketlər atsa da Rusiyanın radar sistemi bunu dərhal müəyyən edir və qarşısını alır. Ona görə də Ukrayna hələ də Rusiyanın içərisinə daxil ola bilmir. Müharibə dayanmasa bunun nəticələri çox ağır olacaq. Ukrayna da öz torpaqlatını itirmək istəmir. Xarkov istiqamətlərində də vəziyyət gərgindir. Rusiya həmin istiqamətlərə ağır texnika və yüngül silahlarla hücum edib. G7, yəni dünyanın 7 böyük ölkəsi bu müharibənin dayandırılması üçün müzakirələr aparmaq üçün görüşəcəklər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB