Rusiya-Ukrayna müharibəsi bütün Avropaya təsir edəcək - POLİTOLOQ MÜNASİBƏTBİLDİRDİ
“Rusiya və Ukrayna arasında münasibətlər getdikcə gərginləşir. Hətta müəyyən toqquşmalar da qeydə alınmışdır. Bu toqquşmalar əsasən Ukraynanın cənub şərqində Donbas və Luqansk ərazisindədir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, gərginliyin aşağı salınması üçün siyasi diplomatik danışıqlar gücləndirilməlidir: “Bayden və Makron, Putinlə görüşmək istəklərini bildiriblər. Düşünürəm ki, bu cür görüşlər gərginliyin aşağı salınmasına xidmət edəcək. NATO- Rusiya, ABŞ-Rusiya arasında hazırda təhlükəsizlik zəmanətləri ilə bağlı fikir ayrı-seçkilikləri yaşanır. NATO-nun Şərqə doğru genişləndirilməsi Rusiyanı ciddi şəkildə narahat edir. Həmçinin Rusiyanın əsas tələbi ondan ibarətdir ki, 1997-ci ilə qədər olan sərhədlərinə çəkilməlidir. Çünki bu barədə Rusiya və NATO arasında razılaşma qəbul olunmuşdur. Digər önəmli məsələlərdən biri Şərqi Avropada Ukrayna ərazisində strateji əhəmiyyət kəsb edən raket sistemlərinin yerləşdirilməməsidir. Düşünürəm ki, bu barədə razılıq əldə olunmuşdur.
NATO-nun əsas istəyi təhlükəsizliyin gücləndirilməsi ilə yanaşı, açıq qapı siyasətinin həyata keçirilməsidir. Rusiya tərəfinin əsas tələbi açıq qapı siyasəti yürüdülsə də, dövlətlərin alyansa qəbul edilməsini NATO-dan tələb edir. Son dövrlərdə artıq getdikcə Rusiya sərhədinə doğru genişlənmə baş verir. Bu proses də Rusiyanı ciddi şəkildə narahat edir. Qeyd etmək lazımdır ki, yaranan gərginlik, eskalasiya, genişmiqyas alarsa bu bütün Avropa məkanını əhatə edə bilər. Avropanın təhlükəsizlik arxitekturası hazırda təhdid altındadır. Müharibə riski bütün ərazini əhatə edəcəkdir. Buna görə də, Avropa İttifaqı, NATO və ABŞ bu vəziyyətin aradan qaldırılmasında maraqlıdır. Bununla yanaşı Kütləvi İnformasiya Vasitələrində Rusiyanın işğal istəkləri və niyyətləri ilə bağlı müxtəlif xəritələr dərc olunsa da hələ ki, genişmiqyaslı müharibə qeydə alınmayıb”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB