Ermənistan heç bir zaman beynəlxalq hüquqa əməl etməyib - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

“Ermənistan heç bir zaman beynəlxalq hüquqa əməl etməyib. Razılaşmaları hər zaman pozub, indi də pozmağa çalışır”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli bildirib.

Onun sözlərinə görə, 2020-ci ilin Vətən müharibəsindən sonra hər kəs düşünürdü ki, onlar ağıllarını başına yığarlar: “O qədər zərbə aldılar, orduları məhv olub, iqtisadiyyatı çöküb. Böyük böhran yaşayıb, amma onlar bundan nəticə çıxartmadılar. Görünür dəmir yumruq yenə başlarına dəyməlidir. Ümumiyyətlə bu məsələ aydınlığa çıxmalıdır ki, ermənilər Türkmənçay müqaviləsindən sonra 2 əsrdir bura köçürülüb. Həmin dövrlər ərzində sakit durduqları vaxt olmayıb. Ancaq cinayətlər, soyqırım, separatizm, terror işğalçılıq fəaliyyəti ilə məşğul olmuşlar.

Düşünürəm ki, onlar birdəfəlik buradan köçürülüb getməlidir. Ya da ki, onlar Azərbaycanın müstəqilliyini tanıyıb, Türkiyədə ərazi iddialarından əl çəkib, saxta soyqırım iddialarından əl çəkib yaşamalıdırlar. Yox əgər bunlara əməl etməyəcəksə başqa alternativ variant qalmır. Bunları dəstəkləyən Amerika istəyirsə böyük ərazisi var ora yerləşdirsin. Rusiyanın həmçinin çox böyük ərazisi var əhalisi də azdır. İstəyirsə orada ermənilərə muxtariyyət verib yaşatsın. Yaxud da ki Fransa öz ölkəsinə aparsın. Başqa bunun alternativi görünmür.

Azərbaycan 2 əsrdir ki, bunları bağışlayır, onlar isə hər dəfə bu hadisələri davam etdirirlər. Ən yaxşı variant Ermənistanın özünün muxtar respublika olaraq Azərbaycanın tərkibində olmasıdır. Göyçə və Zəngəzuru qaytarıb İrəvanın ərazisində 9000 km/kv muxtariyyət olub Azərbaycanın tərkibində yaşamalıdır. Çünki ermənilər müstəqil dövlət kimi yaşaya bilmirlər. Xarici dairələrdən asılıdırlar. Asılı olaraq da bizə problemlər yaradırlar. Bu məsələ gec-tez açıq müzakirə olunacaq. Çünki başqa seçim yoxdur”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə