Biz 3-cü dünya müharibəsinə hazırlaşırıq - UKRAYNADAN SƏRT AÇIQLAMA
Ukraynanın veteranlarla iş üzrə naziri Yuliya Laputina ölkəsinin Rusiyanın mümkün hücumuna hazır olduğunu ifadə edərək, “400 min veteranımız çağırılacağı təqdirdə döyüşməyə hazırdır. Hazırlıqlarımızı edərkən, Üçüncü Dünya Müharibəsinin başlanğıcını nəzərə alırıq” deyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Ukrayna sərhədinə 70 minə yaxın əsgər göndərib, bəzi rəsmilər bunun 100 minə qədər əsgər olduğu fikrini irəli sürərkən, Moskva isə Ukraynaya hücum planlarını inkar edir. Ukraynanın veteranlarla iş üzrə naziri Yuliya Laputina bildirib ki, Moskva Ukraynaya yeni hücuma başlayarsa, ölkəsi özünü müdafiə etməyə hazırdır.
Müəllif: Rüqəyya Orucova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB