Ukraynanın xarici işlər naziri Putini təhdid etdi

Rusiya ilə Ukrayna arasında Donbass böhranı günü-gündən dərinləşir. Bu gərginliklə bağlı danışan Ukrayna xarici işlər naziri Dmitro Kuleba Rusiyanı çəkindirmək üçün ABŞ və İngiltərə kimi müttəfiqlərlə çalışdıqlarını bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Kuleba Ukrayna ordusunun ölkəni müdafiə etməyə hazır olduğunu vurğulayıb.

O, bildirib ki, müttəfiqlər iqtisadi cəhətdən hücuma keçə bilərlər: "Biz də quruda döyüşəcəyik. Üzr istəyirəm, amma ölən rus əsgərləri çox olacaq və ümid edirik ki, prezident Putin bunun baş verməsini istəmir”.

XİN rəhbəri əlavə edib: “Bizim istədiyimiz odur ki, Rusiya müharibəyə getməyə hazır olduğu üçün başqa seçimimiz olmadığı halda müharibədən qaçmaq və ya ordumuzu gücləndirmək üçün yardım göstərilsin”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...