ABŞ-ın keçmiş prezidenti Donald Trampa məxsus “Trump International Hotel”in 375 milyon dollara satılması ilə bağlı Mayamidə yerləşən investisiya şirkəti ilə razılıq əldə edildiyi bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Trampın Vaşinqtondakı ailə şirkəti olan “Trump Organization”ın otelin satışı üçün “CGI Merchant Group” ilə razılaşdığı bildirilib. Araşdırma zamanı məlum olub ki, Trampın prezidentliyi dövründə otel 70 milyon dollar itirib və xarici hökumətlərdən 3,7 milyon dollar ödəniş alıb.
Müəllif: Rüqəyya Orucova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB