"Prezidentin Sumqayıta səfəri bölgə üçün çox böyük töhfədir" - DEPUTATDAN AÇIQLAMA
"Sumqayıt Azərbaycanın böyük şəhərlərindən biridir. Prezidentin bu şəhərin inkişafına diqqəti zəruridir". Bu sözləri SİA-ya açıqlamasında deputat Asim Mollazadə deyib.
Onun sözlərinə görə, sosial sahədə obyektlər, təhsil, mədəniyyət sahəsində obyektlərin inşası, Sumqayıtın ümumi ətraf mühitinə diqqət edilməsi, çox ciddi proqramların həyata keçirlməsi üçün əsas yaradır: "Bununla yanaşı Sumqayıtın ətrafında bir sıra çox mühüm texno-parklar yaradılıb. Bu texno-parkların istifadəyə verilməsi Azərbaycanın iqdisadiyyatına mühüm töhfələr verəcək. Bu sahədə və bununla yanaşı Sumqayıtın təhsil prosesinə və peşə təhsilinə diqqət artacaqdır. Sumqayıtın və onun bölgələrində həm yeni iş yerlərinin açılması, həm də iqdisadiyyatın inkişafına xidmət edəcəkdir. Cənab Prezidentin Sumqayıta səfəri məhz bu bölgənin hərtərəfli inkişafı üçün çox böyük bir töhfədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB