UNESKO niyə ölkəmizə gəlmək istəyir? DEPUTAT ŞƏRH ETDİ

"Cənab Prezident İlham Əliyev BMT-nin yeni rezident əlaqələndiricisini qəbul edərkən BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə də bağlı fikirlərini bildirib". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, ötən dövrdə BMT TŞ-ın 4 qətnaməsi Ermənistan tərəfindən icra olunmadı: "Əfsuslar olsun ki, bu qətnamələrin icra olunması ilə bağlı heç bir addım atılmadı. Bununda nəticəsi olaraq Ermənistan yenidən təxribatlar etməyə davam etdi. Bu görüşdə bildirildi ki, zamanında Ermənistana sanksiyalar tətbiq olunsaydı, o zaman bu qədər təxribatlar törədilməzdi. İllərlə Ermənistan təxribatlarına davam etdi. Hətta keçən ilin iyul və sentyabr ayında olan təxribatlar törətməyə cəhd etdilər. Bu baxımdan Azərbaycan özü bu qətnamələrdə öz üzərinə düşən öhdəciliyi hər zaman icra etdi. Bu gün Azərbaycan yenə beynəlxalq qurumlarla əməkdaşlıq etməyə hazırdır, baxmayaraq ki, beynəlxalq qurumlar bu prossesdə Azərbaycana dəstək göstərmirlər. Burada biz ATƏT-i də qeyd edə bilərik. ATƏT özüdə illərlə bu münaqişədə heç bir rol oynamadı, gəldilər getdilər real bir qərar ortaya qoymadılar. Azərbaycana isə illər boyu dedilər ki, müharibə edə bilməzsən. Burada xüsusi bir məsələyədə toxunmaq istəyirəm. UNESKO-da bildiyiniz kimi dəfələrlə Azərbaycanın dəvətlərinə baxmayaraq işğal olunmuş və hazırda işğaldan azad olunmuş torpaqlarımıza səfər etmədilər. Biz bilirik ki, Ermənistan illər boyu bizim tarixi milli abidələrimizi, dini ocaqlarımızı və mədəni irsimizi dağıdıblar. Ancaq illər boyu biz UNESKO-dan bu məsələ ilə bağlı heç bir reaksiya görmədik. Bölgəmizdə 60-dan çox məscidlərimizi, qədim Alban məbədlərini erməni terorçuları dağıdıb və məhv edib. Ancaq müharibədən sonra, biz görürük ki, UNESKO Azərbaycana gəlmək istəyir. İllərdir ölkəmizə gəlmək istəməyən UNESKO niyə ölkəmizə gəlmək istəyir bu məsələdə özü sual altındadır. Amma hazırkı məsələdə Ermənistan buna etiraz edir və UNESKO-nun ölkəmizə səfər etməsini istəmirlər. Çünki özləridə çox yaxşı bilirlər ki, bizim işğaldan azad etdiyimiz ərazilərdə onlar bizim tarixi abidələrimizi məhv ediblər və UNESKO-nun ora gəlməsi Ermənistanın beynəlxalq arenada imicinə ciddi zərbə vuracaq. Amma Ermənistanın nə deməyinən asılı olmayaraq UNESKO-nun Azərbaycana səfərləri təşkil olunmalıdır və bu cinayət əməllərinə qiymət verilməlidir ki, Ermənistan gələcəkdə yeni vandallıq və vəhşiliklər etməsin".

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə