“Burada məsələnin kökünə qayıtsaq, bir müddət əvvəl bu məsələ ilə bağlı bəzi detallarla bağlı müzakirə aparmışıq. Hətta Ermənistanda seçki öncəsi durumu müzakirə edərkən bildirdik ki, Paşinyanın əsas hədəfi və məqsədi seçildikdən sonra mümkün qədər Rusiyanı Ermənistanda sıxışdırmaqdır. Bu, onun əsas hədəfidir. Yəni Paşinyanın əsas məqsədi Qərblə əməkdaşlığı daha çox artırmaqdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, bunun üçün Paşinyanın əlində kifayət qədər imkanlar var: “Yəni, o, seçkiqabağı səfərini də Avropaya, Fransa və Brüsselə etdi. Eyni zamanda, 2018-ci ildə də o, seçkiqabağı Qərbdən dəstək almışdı və Qərbin dəstəyi ilə hakimiyyətə gəlmişdi. İndi də Paşinyan başa düşür ki, Rusiya ilə bərabər o, hakimiyyətdə uzun müddət qala bilməz. Necə ki, artıq məcburən növbədənkənar seçkiyə getdi. Ona görə də Paşinyanın verdiyi bu ifadələr özlüyündə birbaşa Rusiyaya yönəlmiş bir ifadələrdir”.
Politoloq sözlərinə belə davam edib: “Təbii ki, Paşinyanın söyləməsi ki, əgər KTMT buraya gəlməsə biz məcburuq ki, Qərb ölkələrinin sülhməramlı qoşunlarını dəvət edək. Bu, açıqcası, bir tərəfdən Rusiyanı şantaj etməkdir. Digər tərəfdən Qərb ölkələrinə siqnal verməkdir ki, siz də mümkün qədər Rusiyaya təzyiq edin və imkan varsa bu əraziyə gəlin. Prinsip etibarilə Ermənistan Azərbaycan sərhədində nə rus qoşunlarının, nə də Qərb ölkələrinin qoşunlarının olması məqsədəuyğun deyil. Çünki əgər sərhəddə bir sərhəd pozuqluğu yoxdursa, təbii ki, bu günləri ermitasiya və demorkasiya işləri hələ getmir, amma nisbi olaraq sərhədlər qoyulubdur və gələcəkdə də bu, ancaq beynəlxalq hüquq prizmaları çərçivəsində, yəni hamılıqla qəbul olunmuş beynəlxalq hüquq tərəfindən tənzimlənən yolla Ermənistan Azərbaycan dövlət sərhədi tənzimlənəcək”.
“Amma Paşinyanın bu cür ifadə verməsinin arxasında iki əsas məqsəd durur. Birincisi, Rusiyanı Ermənistanda sıxışdırmaq, ikincisi, cəmiyyətdə Rusiyaya qarşı aqressiya qaldırmaq. Bu, aydın məsələdir. Rusiya ilə Ermənistan arasında nə qədər böyük gərginlik varsa, bu, Azərbaycanın bir o qədər xeyrinədir. Qaldı ki rus qoşunlarının həmin ərazidə yerləşdirilməsinə, təbii ki, Rusiya Ermənistanı özbaşına buraxmaq niyyətində deyil. Yəni, onların həm müxalifətini, həm iqtidarını, verdiyi açıqlamalarda, rəsmi qəbullarda, ikitərəfli görüşlərində, qarşılıqlı əlaqələrində də biz bunu hiss edirik ki, Rusiya əslində açıq şəkildə Ermənistana dolayısı ilə Paşinyana bildirir ki, “ağıllı ol! Biz nə qədər buradayıq, sən buraya Qərb ölkələrinin qoşunlarını gətirə bilməzsən. Bu əraziyə biz sahibik”.
“İndi artıq Rusiya yaxşı başa düşür ki, Paşinyanın atdığı addımların arxasındakı məqsəd təkcə Ermənistanla Rusiya münasibətlərini gərginləşdirmək yox, eyni zamanda, Azərbaycan-Rusiya münasibətlərini də gərginləşdirməkdir. Hesab edirəm ki, bu məsələdə Paşinyanın atdığı addımlar provakativ addımlardır. Məqsəd Rusiyanı Qafqazdan, daha doğrusu, Ermənistandan sıxışdırıb çıxarmaqdır, imkan varsa Qafqazdan da sıxışdırıb çıxarmaqdır. Çünki ermənilərin xislətində bu var ki, tez-tez dəyişməyi xoşlayırlar. Bu gün rusları qəbul ediblərsə, sabah fransızları, birigün amerikalıları, hətta lazım olarsa çinliləri də qəbul edərlər. Millət olaraq əqidəsi olmayan bir toplumdular. O toplumun da verdiyi qərar ancaq bundan asılı ola bilər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB