"Azərbaycan həmişə qardaş Türkiyənin yanındadır" - DEPUTAT AÇIQLADI

“Qardaş Türkiyədə baş verən meşə yanğınları hər bir azərbaycanlıda böyük təəsüf və kədər hissləri yaratı. Azərbaycan xalqı qardaş türk xalqının bu faciəvi yanğının da öhdəsindən gələcəyinə inanır və bütün imkanları ilə onun yanında olmağa hazırdı”. Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, yanğından dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğana baş vermiş faciədən dərin kədər hissi keçirdiyini və Azərbaycan hökuməti və xalqının hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəy olduğunu bildirdi: “Eyni zamanda dağıdıcı yanğınlar nəticəsində həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığını ifadə edib. Bundan dərhal sonra Azərbaycanın Baş nazir Əli Əsədov qardaş ölkənin vitse-prezidenti Fuad Oktayla əlaqə saxlayaraq Azərbaycanın hər cür yardım etməyə hazır olduğunu bildirib”.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, hazırda isə Azərbaycan Respublikası Prezidentinin tapşırıq və göstərişlərinə əsasən Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatların ən qısa zamanda qardaş Türkiyəyə göndərilməsi istiqamətində tədbirlər görülür: “Lazım olacağı təqdirdə həm texniki yardımın həcmi, həm də şəxsi heyət sayının atrırılması da nəzərdə tutula bilər. Türkiyə hər zaman Azərbaycanın yanında olduğu kimi Azərbaycan da həmişə qardaş Türkiyənin yanındadır. Təmənnamız odur ki, bir daha qardaş ölkədə belə kədərli hadisələr yaşanmasın və Türkiyə ilə Azərbaycan yalnız sevincli günlərdə biri-birilərinin yanında olsun”.

Bütün xəbərlər Facebook səhifəmizdə