YAP və AK Parti nümayəndələrinin iştirakı ilə konfrans keçirilir - YENİLƏNİR

Gəncədə Türkiyə Cümhuriyyəti Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini Numan Kurtulmuşun başçılıq etdiyi nümayəndə heyətinin iştirakı ilə "Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda konfrans başlayıb. SİA-nın yerli bürosunun məlumatına görə, konfrans Heydər Əliyev Mərkəzində keçirilir.

Tədbirdə AK Parti sədrinin I müavini Numan Kurtulmuş və YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iştirak edir.

Əvvəlcə qonaqlar mərkəzdə Ümummilli lider Heyder Əliyevin abidəsini ziyarət edib, qarşısına gül dəstələri qoyublar.

Konfransdan sonra AK Parti sədrinin I müavini Numan Kurtulmuşun və YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun iştirakı ilə səfərin yekunlarına dair mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki Türkiyə Cümhuriyyəti Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini cənab Numan Kurtulmuşun başçılıq etdiyi nümayəndə heyəti ötən gündən Gəncə şəhərinə rəsmi səfərdədir. Qonaqlar Gəncədə Ermənistanın raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə (Qələbə parkı) tanış olublar.

Sonra isə İmamzadə Dini Kompleksi və Nizami Gəncəvi Məqbərə Kompleksini ziyarət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə