"Ermənistanda bir çoxları hələ də Qərbdən kömək umur və qisas almağı xəyal edir" - AÇIQLAMA

İyunun 4-də Azərbaycanın işğaldan azad edilmiş Kəlbəcər rayonunda peşə vəzifələrini yerinə yetirərkən jurnalistlərin olduğu bir maşın erməni tərəfinin qurduğu minaya düşərək partladı. Nəticədə 3 nəfər - AzTV telekanalının operatoru Sirac Abışov, AzərTAc informasiya agentliyinin əməkdaşı Məhərrəm İbrahimov, Kəlbəcər rayon İcra Hakimiyyətinin Susuzluq kəndinin kəndinin inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak oldu. Dörd nəfər isə müxtəlif dərəcəli ağır yaralandı və xəstəxanaya yerləşdirildi.

Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov "Moskva-Bakı" portalına Ermənistanın insanların ölümünə səbəb olan minalanmış ərazilərin xəritələrini Azərbaycana niyə təqdim etməməsi və bunun dayandırılmasına dair fikirlərini bildirib: “Öldürülən jurnalistlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı vermək istəyirəm! Qaynar nöqtələrdə işləmək hər zaman təhlükəlidir, ən layiqli və cəsarətli insanlar bunu öz üzərinə götürürlər. Və hamımız bilirik ki, rəsmi sülhün başlaması ilə qaynar nöqtələrin təhlükəsi heç bir yerdə yox olmur. Bu torpaqları nifrət, müharibə və minalarla zəhərləyənlər buna görə məsuliyyət daşıyırlar.

İrəvanın hələ də Bakıya minalanmış ərazilərin xəritəsini təqdim etməməsi Ermənistan tərəfinin məsələləri həll etmək istəmədiyini açıq şəkildə göstərir. Deyirlər, biz sülh tərəfdarıyıq, bəli, müqavilələr imzaladılar, amma hələ konkret hərəkətlər yoxdur. Və dinc insanlar həlak olur, necə ki, bu, Azərbaycan jurnalistləri ilə faciəli şəkildə baş verdi. Və orada yerli sakinləri, qadınları və uşaqları partlatmaq olar... Sülh prosesi başladıqdan sonra İrəvanın etməsi lazım olan ilk şey mina yerləşdiyi yerlər barədə Bakını məlumatlandırmaq və bu ərazilərin təhlükəsizliyinə kömək etmək, istehkamçılarını göndərmək idi.

Niyə İrəvan ərazilərin təmizlənməsinə və nəqliyyat marşrutlarının blokdan çıxarılmasına töhfə vermir? Çünki orada hələ çoxları Qərbdən kömək umurlar. Xarici ölkələrin onlara kömək edəcəyini deyirlər! Və hərbi intiqam almağı xəyal edirlər. Ermənistan hökuməti daxilindəki bu dağıdıcı qüvvələr, sadəcə, Dağlıq Qarabağda sülhməramlı prosesin inkişafını təxrib edir, təsadüfi faciələrə, qəfil toqquşmalara və digər hadisələrə səbəb olur. Erməni siyasətində bu qərbyönümlü, anti-Azərbaycan və anti-rus paradiqma hökm sürdüyü müddətdə, İrəvanın günahından Dağlıq Qarabağda həyatın normallaşması prosesi qaçılmaz olacaqdır".

Tərcümə: Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə