Xəzər rayonunda videokonfrans keçirilib FOTOLAR

YAP Xəzər rayon təşkilatı tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə videokonfrans təşkil olunub. Konfrans Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. SİA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov müasir Azərbaycanın memarı Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən bəhs edib.

YAP Xəzər rayon təşkilatının sədr müavini Zeynəb Əliyeva çıxış edərək, Ümummilli Liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsinin, onun zəngin irsinin tədqiqi və təbliğinin şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsinə zəmin yaratdığını bildirib.

Mərdəkan qəsəbə nümayəndəsi İlqar Muqbilov Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki xilaskarlıq missiyasından bəhs edib, təməlini qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının bu gün də uğurla davam etdirildiyini diqqətə çatdırıb. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə Ümummilli Liderin gələcəyə hesablanmış siyasətinin uğurları, Azərbaycanın qarşısında açdığı imkanlar geniş şərh olunaraq bir daha bildirildi ki, nə qədər müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə