"Paşinyan günahkardır" Markos Arutyunyan

"Paşinyan müharibəni dayandırmaqda deyil, ölkəni belə bir acınacaqlı vəziyyətə gətirməkdə günahlandırılır". SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri “Çiçəklənən Ermənistan” fraksiyasının üzvü Markos Arutyunyan İrəvan Ağsaqqallar Şurasının 24 noyabr tarixli iclasında deyib.

O, özü də istefa tələb edib və qeyd edib ki, şəxsən ehtiyatda olan zabit olaraq məğlub olan ölkənin məğlub ali komandanı ilə yenidən döyüş sahəsinə girə bilməyəcək.

“Heç kim Ermənistanın baş naziri Nikol Paşinyanı müharibəni dayandırdığına görə günahlandırmır, ölkəni belə bir acınacaqlı vəziyyətə gətirməkdə günahlandırır”, deyə Markos Arutyunyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə