"Bu cür fikirlərlə əhalinin evini yıxırıq"

"Burada söhbət cərimənin miqdarından deyil, maska taxmayanların cərimələnməsindən gedir İnsanlar qanuna tabe olmalı, ona riayət etməlidir". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında cərimələrin miqdarının azaldılması ilə bağlı irəli sürülən təklifə cavab olaraq bildirib.

O bilodirib ki, kimsə əhalidən dəstək almaq, xalq qazanmaq istəyirsə, bu cür fikirlər səsləndirir: "Bu, gəlir vergisi, əmlak vergisi deyil ki, burada məbləğin çox, ya da az olmasını müzakirə edək. Ancaq bu cür fikirlərlə əhalinin evini yıxırıq. Məsələ çox sadədir. Maska taxan heç kəs cərimə olunmayacaq. Maska tax, cərimə olunma. Biz özümüz üçün bunu hələ müəyyənləşdirə bilməmişik, insanlara nəsihət verməyə çalışırıq”.

Xatırladaq ki, Milli Məclisin Əmək və soail siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihəsinin müzakirəsi zamanı cərimə məbləğinin 20-25 manata endirilməsini təklif etmişdi.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...