"Belə davam etsə, Ermənistan bir dövlət kimi iflasa uğrayacaq" ÖZƏL-MÜNASİBƏT

"Ermənistanla İsrailin yaxınlaşması, daha doğrusu yaxınlaşmaq istəyi dəfələrlə gündəmə gəlib, hələlik bu alınmayıb". Bunu SİA-ya müsahibəsində politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, bu yaxınlaşma istəyinin bundan sonra da alınmaq ehtimalı aşağıdır: “Mən burada bir sifarişi görürəm. Bu Rusiyadan olan sifarişdir. Bilirsiz ki, Rusiyanın Baş naziri Mişustin yarım ermənidir. Bu dəqiqə dünyanın idarə olunmasında İsrail çox böyük rol oynayır. Onlar Rusiyanı bir növ Amerika ilə təhdid edirlər və mənə elə gəlir ki, bu məsələni gündəmə gətiriblər. Çünki, bu İsrailin sifarişidir. Əsas məqsəd Ermənistandan istifadə etməklə İranı daha da qıcıqlandırmaqdır. İran təbii ki, bunu Ermənistana bağışlamayacaq, bu birmənalıdır. Ermənistan da İranla bəzi oyunlarını qurmaq istəyir. Çünki bilirik ki, onlar arasında dəmiryolu xətti çəkilməli idi, su anbarı tikilməli idi, avtomobil yolu çəkilməli idi, İranla Ermənistan arasında yeni qapılar açılmalı idi, Ermənistanın daxili bazarında İran mallarının geniş çeşidinin satılması nəzərdə tutulmuşdu. Yəni, bu məsələlərin hələ ki, heç biri baş tutmayıb. Amma erməniləri ən çox narahat edən odur ki, İranda yaşayan azərbaycanlılar İrəvanın birmənalı şəkildə daşınmaz əmlakını ələ keçirməyə başlayıb. Ermənistan bir dövlət kimi özü-özünə məxsus deyil. Onun bütün infrastrukturları Rusiyanın əlindədir. Hava nəqliyyatı Argentinanın əlindədir, Yunanıstan orada telekomunikasiyaya nəzarət edir, Ermənistanın bir dənə yolu Gürcüstandan keçir ki, Gürcüstan da artıq bunu qəbul eləmir. Yəni Azərbaycanın blokada siyasəti Ermənistanı elə bir vəziyyətə salıb ki, onlar hər tərəfi bağlı bir otağa salınmış bir adam kimidir. Onlar bilmirlər hardansa bir yer tapsınlar ki, oradan çıxsınlar. İndi belə fikirləşirlər ki, İsrailə yaxınlaşmaq adı ilə Rusiyanın həm tapşırığını yerinə yetirsinlər, həm də buradan guya ki, Azərbaycana acıq verəcəkdilər. Çünki, Azərbaycan-İsrail münasibətləri çox yüksək səviyyədədir. Həm də Xolokost məsələsində bunlar özlərinin bu saxta soyqırımını gündəmə gətirmək istəyirlər. Çünki, bütün dünya mediası yəhudi lobbisinin əlindədir. Yəni, ermənilər burada çoxməqsədli və çoxçeşidli siyasi faktorlardan yararlanmaq istəyirlər. Amma bir şeyi başa düşmürlər ki, bunlar, yəni İsrail dünyanın ən ağıllı, amma hiyləgər siyasət yürüdən bir dövlətidir. Onun ən azı 7 min illik tarixi məlumdur bu günə qədər. Ermənistanın isə hardasa 25 ilə yaxın tarixi var, dövlət kimi. Ona görə də Ermənistan bu siyasətdə də uduzacaq. İnanmıram ki, İsrail Azərbaycanla Ermənistan arasında seçim qarşısında qalsa Ermənistanı seçsin. Bu mümkün olan bir şey deyil. Çünki, Ermənistanı seçsə Azərbaycan ilə olan münasibətləri yeni müstəviyə keçə bilər, bu da ki, İsrailin məhvi deməkdir. İnanmıram ona gedərlər. Amma bir məsələ də var ki, bunu Ermənistan mətbuatı yayıb ki, İsrail hələ bunu təsdiqləməyib və bəzi saxta saytlar kimi portallarda ermənilər verirlər. Amma nə İsrail dövlətinin mövqeyi var, nə İsrail knesseti belə bir qərar qəbul edib. Bunlar Daqğlıq Qarabağda saxta seçki keçirmək istəyirlər, bunların koronavirus problemləri var, yüksək borc statusundadırlar. Bir var mülayim borc, bir də var yüksək borc. Yəni ümummilli gəliri 80 faizindən yuxarı olanda artıq dövlət yüksək borc statusuna girir. Bu dünya bankının müəyyən elədiyidir. Çünki, Azərbaycan orada borcu olmayan, yəni borcu mülayim olandan da aşağı olan dövlətlər siyahısındadır. Ermənistan artıq o həddi keçib və böhran həddinə yaxınlaşıb. Çünki, böhran həddi 220 faizdir. Ermənistanın hal-hazırda, yəni, aprelin 1-nə olan məlumat belədir ki, Ermənistanın xarici borcla olan münasibətdə ödəmələri ona xidmət göstərməlidir. Bu artıq 15 faizi keçib, yəni, yaxın 3 ay ərzində bu şəkildə davam eləsə Ermənistan bir dövlət kimi iflasa uğramalıdır. Ona görə də burada diqqəti yayındırmağa çalışırlar və Paşinyan da hakimiyyətə 2 ildir gəlib və heç bir şey edə bilməyib. Bütün bunların hamısı daxili publikaya, daxili auditoriyaya hesablanmış şeylərdir. Amma Azərbaycan mətbuatı artıq bunun üzərinə getməlidir. Sağ olun ki, belə bir məsələni gündəmə gətirirsiz. Biz də çalışırıq ki, ermənilərin nə yuvanın quşu olduğunu mətbuata çatdıraq”.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə