Təmraz Tağıyev: “YAP yeganə partiyadır ki...” AÇIQLAMA

"Azərbaycanda onlarla siyasi partiya var. Ancaq bütün bunların içərisində şəffaflığı ilə seçilən, yüzminlərlə üzvü olan, xalqa söykənən, ölkəmizin və regionun ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasıdır". Bu fikirləri SİA-ya açıqlamasında YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib.

Siyasi partiyaların hər ilin sonunda hesabat verməsinin vacibliyini deyən T.Tağıyev qeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanda yeganə partiyadır ki, ən şəffaf maddi duruma və möhkəm ideoloji konsepsiyaya malikdir: "YAP hər il hesabatlarla çıxış edir, gələcəkdə həyata keçiriləcək işlərin təqdimatını keçirir. Xalq da, ictimaiyyət də bunun şahidi olur. Maliyyə mənbələrini xalqdan gizlədən siyasi partiyalar YAP-dan nümunə götürməlidirlər. Danışanda fövqəladə vədlər verirlər, ancaq 20 ildə millətin xeyrinə olacaq bir layihə belə həyata keçirə bilməyiblər. Səbəb də aydındır. Bunun üçün sosial baza, şəffaf büdcə və xalq söykənən möhkəm siyasi iradə lazımdır. Çox təəssüf ki, YAP-dan başqa bütün bu meyarlara cavab verən ikinci böyük bir partiya yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...