YAP xalqın iradəsini əks etdirən aparıcı siyasi qüvvədir

YAP xalqın iradəsini əks etdirən aparıcı siyasi qüvvədir

Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının XII konfransı keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafı, beynəlxalq nüfuzunun yüksəldilməsi və vətəndaşların rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm nəticələr əldə olunub. Qeyd olunub ki, YAP Abşeron rayon təşkilatı fəaliyyətini partiyanın Proqram və Nizamnaməsinin tələblərinə, Mərkəzi Aparatın tapşırıq və tövsiyələrinə uyğun quraraq rayonun ictimai-siyasi həyatında fəal iştirak edib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxışında Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında mühüm rolunu qeyd edib, rayon təşkilatının səmərəli fəaliyyətinin əhəmiyyətindən danışıb. O, təşkilatın fəaliyyətində əldə olunan nəticələri yüksək qiymətləndirərək qarşıya qoyulan vəzifələrin icrasında uğurlar arzulayıb.

Milli Məclisin deputatı Ramid Namazov çıxışında müasir dövrdə siyasi təşkilatların qarşısında duran çağırışlardan, informasiya təhlükəsizliyinin və cəmiyyətlə düzgün kommunikasiya qurulmasının əhəmiyyətindən bəhs edib. O, həmçinin YAP Abşeron rayon təşkilatının ictimai-siyasi proseslərdə fəal iştirakını vurğulayıb.

Milli Məclisin deputatı Nigar Məmmədova çıxışında ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsinin, tarixi Zəfərin milli iradənin və məqsədyönlü dövlət siyasətinin nəticəsi olduğunu bildirib. O, Yeni Azərbaycan Partiyasının bu inkişaf prosesinin siyasi dayaqlarından biri olduğunu vurğulayıb.

YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Orxan Bayramov rayon təşkilatının hesabat dövründə həyata keçirdiyi tədbirlərin önəminə diqqəti cəlb edib. O, qarşıda duran yeni vəzifələrdən, yerli təşkilatların fəaliyyətinin müasir çağırışlara uyğun qurulmasının vacibliyindən danışıb.

Daha sonra Əkinçilik və Elmi Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev, “Saray 3 saylı” ərazi partiya təşkilatının sədri Təyyubə Hüseynova çıxış ediblər.

Konfransda YAP Abşeron rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə