Son sorğuların nəticələrinə görə, Prezident İlham Əliyevə etimad səviyyəsi 87,7 faiz, fəaliyyətinə müsbət qiymət verənlərin payı 93,6 faiz, onu alternativsiz siyasi lider hesab edənlərin nisbəti isə 81,9 faizdir. Bu göstəricilər Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətinə, milli maraqları qətiyyətlə müdafiə etməsinə, ölkənin iqtisadi və hərbi gücünün artırılmasına, Vətən müharibəsində tarixi Qələbənin və ərazi bütövlüyü ilə suverenliyin tam bərpasına, həmçinin mürəkkəb beynəlxalq şəraitdə sabitliyin qorunmasına verilən yüksək ictimai qiymətin ifadəsidir. Bütün bunlar göstərir ki, ölkənin uğurlu inkişafının əsasında güclü liderlik və ardıcıl inkişaf strategiyası dayanır. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və nəticədə Azərbaycan nailiyyətləri, yaratdığı yeni reallıqlar və qlobal məsələlərə yanaşması ilə beynəlxalq diqqət mərkəzində olmaqla inkişaf modelini dünya miqyasında təsdiqləyir.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin sistemli və ardıcıl strateji kursu Azərbaycanın hərtərəfli inkişafını təmin edir, insan amilinə və vətəndaş məmnunluğuna verilən önəm isə Prezident-xalq birliyini daha da möhkəmləndirir. Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyini və müstəqilliyini qoruyub möhkəmləndirib, Prezident İlham Əliyev isə bu siyasi kursu uğurla davam etdirərək ölkəni regionun lider dövlətinə çevirib, dünya siyasətində mövqeyini gücləndirib, Vətən müharibəsində qazanılan tarixi Qələbə ilə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib.
“Prezident İlham Əliyev dövlətimizin başçısı kimi ilk müsahibəsində qarşıdakı çətinliklərə hazır olduğunu, Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində ölkəni inkişaf etdirəcəyini və Azərbaycan xalqının dəstəyi ilə üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirəcəyini bildirmişdi. Ötən illərin reallıqları bu vədlərin əməli fəaliyyətdə tam təsdiqini tapdığını göstərir.
Dövlətimizin başçısının verdiyi hər bir vədin əməli fəaliyyətdə təsdiqini tapması ötən illərin əsas reallığıdır. 2008, 2013, 2018 və 2024-cü illərdə keçirilən prezident seçkilərində qazanılan inamlı qələbələr xalqın dövlət başçısına yüksək etimadının göstəricisidir. Müstəqillik tarixində ilk dəfə ölkənin bütün ərazisində keçirilən 2024-cü il prezident seçkiləri Prezident İlham Əliyevin 2003–2023-cü illərdə verdiyi vədləri uğurla yerinə yetirdiyini bir daha nümayiş etdirdi.
Ümummilli Lider Heydər Əliyevin Prezident İlham Əliyevlə bağlı ifadə etdiyi böyük inam artıq özünü doğruldub. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü ordu formalaşdırılıb, ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub, iqtisadiyyatın şaxələndirilməsi, makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, regionların sosial-iqtisadi inkişafı və şəffaf, innovativ idarəetmə istiqamətində mühüm nəticələr əldə edilib”, - deyə deputat əlavə edib.
V.Rəhimzadə bildirib ki, iqtisadi müstəqillik Azərbaycanın siyasi mövqeyinin möhkəmlənməsində mühüm rol oynayır. Ölkəmiz etibarlı tərəfdaş kimi beynəlxalq nüfuzunu gücləndirərək regional inkişafın aparıcı qüvvəsinə və enerji təhlükəsizliyinin təminatçısına çevrilib. Azərbaycan əlverişli coğrafi mövqeyindən səmərəli istifadə edərək müasir infrastruktur layihələri ilə ölkələri və xalqları birləşdirən körpü rolunu daha da möhkəmləndirir. Prezident İlham Əliyev də çıxışlarında yeni əməkdaşlıq körpülərinin qurulmasının vacibliyini xüsusi vurğulayır.
“Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf strategiyasını, Dövlət proqramlarının və Milli Prioritetlərin nəticələrini bir yazıda tam əhatə etmək mümkün deyil. Uzun illər ərzində atılan bütün addımlar tarixi Zəfərə və suverenliyin tam bərpasına xidmət edib, hazırda isə əsas prioritet azad olunmuş ərazilərin bərpası və Böyük Qayıdış proqramının uğurla icrasıdır. Dövlətimizin başçısının rəhbərliyi ilə Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri dünya üçün nümunəvi dirçəliş modeli təqdim edir. Vətən müharibəsində qazanılan tarixi Qələbə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq, qalib dövlət reallığını daha da möhkəmləndirəcək”, - deyə deputat vurğulayıb.
Dövlətimizin başçısının regionda dayanıqlı sülhə və təhlükəsizliyə yönəlmiş siyasətinin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini deyən V.Rəhimzadə qeyd edib ki, Azərbaycan xalqının da öz Liderinə sevgisi, inamı, etimadı sonsuzdur. Prezident İlham Əliyevin hər zaman çıxışlarında qeyd etdiyi kimi, bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olub. Çətinliklər də, problemlər də olub, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək inkişaf və tərəqqi yolu ilə uğurla gedib.
Bütün xəbərlər Facebook səhifəmizdə



USD
EUR
GBP
RUB