İş E.Cin Kerrollun federal məhkəməyə təqdim etdiyi iddiaya əsaslanır. Kerroll bildirib ki, Donald Tramp 1996-cı ildə Nyu-Yorkdakı univermağın geyinmə otağında ona cinsi zorakılıq edib. Bundan başqa, Tramp prezidentliyinin ilk müddətindən sonra Kerrollun iddialarını "saxtakarlıq" və "fırıldaq" adlandıraraq onun barəsində böhtan xarakterli açıqlamalar verib.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ Ali Məhkəməsi bazar ertəsi Trampın apellyasiya şikayətinə baxmaqdan imtina edib. Bu qərarla həm münsiflər heyətinin hökmü, həm də 5 milyon dollarlıq mülki təzminat qərarı qüvvədə qalıb.
Donald Tramp isə qərarı sosial media hesabında tənqid edərək, işə qarşı "bütün gücü ilə" mübarizəni davam etdirəcəyini bildirib.
Tramp paylaşımında E. Cin Kerrollu "heç vaxt görüşmədiyim bir qadın" adlandırıb və onlarla bağlı yayılan fotoların yalnız ictimai tədbirlərdə çəkildiyini iddia edib. Qeyd edək ki, Trampın Kerrollu tanımadığı barədə bəyanatları da böhtan iddiasının əsas hissələrindən biri olub və münsiflər heyəti bu məsələdə Kerrollun mövqeyini haqlı hesab edib.
"Bu iş, əslində, Amerika Birləşmiş Ştatlarına qarşı yönəlib və gələcəkdə heç bir prezidentin və ya prezidentliyə namizədin belə bir vəziyyətlə üzləşməsinə yol verilməməlidir", – deyə Tramp paylaşımında bildirib. O, həmçinin bu qərarı "ədalətsizlik" adlandıraraq buna qarşı mübarizəsini davam etdirəcəyini vurğulayıb.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB