“Azərbaycan–ABŞ münasibətlərində əməkdaşlığın və strateji tərəfdaşlığın önəmi qeyd edilib” - ŞƏRH EDİLDİ
“ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünün Azərbaycana səfəri ABŞ–Azərbaycan münasibətlərinin daha geniş sahələri əhatə etdiyini göstərir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Nümayəndələr Palatasının üzvü 907-ci düzəlişin ləğvi ilə bağlı irəli sürülmüş qanun layihəsinin müəlliflərindən biridir: "O, Azərbaycanla münasibətlərin olduqca vacib olduğu qənaətinə gəlmişdir.
Onun Azərbaycana səfəri və Azərbaycan dövlət başçısı ilə görüşü ABŞ Konqresində Azərbaycanla münasibətlərə nə qədər böyük əhəmiyyət verildiyini göstərir. Cənab Prezident Donald Trampın ikinci dəfə prezident seçilməsindən sonra Azərbaycan–ABŞ münasibətlərinin daha yüksək səviyyəyə qalxdığı vurğulanmışdır. ABŞ-la strateji tərəfdaşlıq aksiyasının imzalanması hər iki ölkənin dostluğa, əməkdaşlığa və dünyada sülhün, əmin-amanlığın bərqərar olması üçün birgə səylərə önəm verdiyini göstərir.
Digər tərəfdən, bu gün Azərbaycan bir sıra regional layihələrin müəllifidir. Bu isə regionun sülh məkanına çevrilməsinə, Azərbaycanın geosiyasi imkanlarından daha çox ölkələrin yaxşı mənada istifadə etməsinə şərait yaradır. Görüş zamanı ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın vacibliyi vurğulanmışdır. Azərbaycanla ABŞ arasında əməkdaşlığın hər iki ölkənin maraqlarına uyğun olduğu qeyd edilmişdir.
Hesab edirəm ki, bu cür səfərlər iki ölkə arasında hakimiyyətin müxtəlif qollarının əməkdaşlığa töhfə verdiyini və qarşılıqlı marağın artdığını göstərən mühüm nümunələrdəndir".
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB