“Dezinformasiya və təxribatlara qarşı hüquqi tədbirlər zəruridir“ - DEPUTAT DANIŞDI
“Bəzi dairələrin Azərbaycanın əldə etdiyi sosial-iqtisadi və siyasi uğurlara qarşı yönəlmiş informasiya təsirləri müasir dövrdə informasiya təhlükəsizliyi kontekstində təhlil edilən mühüm məsələlərdən biridir”.
Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Aydın Mirzəzadə bildirib.
Onun sözlərinə görə, bu cür yanaşmalar, xüsusilə nəticə vermədiyi hallarda, ayrı-ayrı tanınmış şəxslərin, o cümlədən dövlət rəhbərliyinə yaxın olan ailə üzvlərinin şəxsi həyatı ilə bağlı əsassız iddiaların və böhtan xarakterli məlumatların yayılması ilə müşayiət olunur:
” Bu isə informasiya manipulyasiyası və ictimai rəyin yönləndirilməsi cəhdlərinin tərkib hissəsi kimi qiymətləndirilə bilər.
Son dövrlərdə paytaxt Bakıda bu tip məlumatların yayılmasında iştirak edən subyektlərin müşahidə olunması, xarici təsir mexanizmlərinin müxtəlif kommunikasiya kanalları vasitəsilə aktivləşdirildiyini göstərir. Bu hallar, informasiya mühitində dezinformasiyanın yayılması və ictimai şüurun çaşdırılması istiqamətində sistemli fəaliyyətlərin mövcudluğunu ehtimal etməyə əsas verir.
Lakin aparılan müşahidələr göstərir ki, bu cəhdlər ictimai şüurda ciddi təsir yaratmaq potensialına malik deyil. Azərbaycan cəmiyyətində dövlətə bağlılıq, milli həmrəylik və müstəqillik dəyərlərinə sadiqlik yüksək səviyyədə qalmaqdadır. Əhalinin böyük əksəriyyəti həyata keçirilən dövlət siyasətini dəstəkləyir və ölkənin inkişaf göstəricilərini müsbət qiymətləndirir.
Bununla yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən vətəndaşların sosial-iqtisadi və mədəni proseslərdə fəal iştirakı ölkənin davamlı inkişaf modelinin formalaşmasında mühüm rol oynayır. Bu iştirak həm milli-mədəni irsin qorunmasına, həm də cəmiyyətin ümumi rifahının yüksəlməsinə xidmət edir. Nəticə etibarilə, formalaşan ictimai rəy ölkənin əldə etdiyi nailiyyətlərə münasibətdə müsbət tendensiyanın üstünlük təşkil etdiyini göstərir.
Ölkəyə qarşı yönəlmiş dezinformasiya və təxribat xarakterli fəaliyyətlər hüquqi və institusional mexanizmlər çərçivəsində qiymətləndirilir və bu cür halların qarşısının alınması üçün müvafiq tədbirlərin həyata keçirilməsi zəruri hesab olunur. Bu yanaşma həm dövlət təhlükəsizliyinin qorunmasına, həm də informasiya mühitinin sağlamlaşdırılmasına xidmət edən əsas istiqamətlərdən biri kimi çıxış edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB