İngiltərə açıqladı: “Hürmüz Boğazı” nda naməlum cisim həyəcanı

İranın ABŞ-İsrail’in hücumları ilə əlaqəli ölkələrin gəmilərinin keçidini bağladığı “Hürmüz Boğazı”nda bir konteyner gəmisinin “naməlum” bir cisimdən zərər gördüyü və gəmidə yanğın çıxdığı bildirildi.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, Dəniz Ticarət Təşkilatı (UKMTO) açıqlamasında qeyd edib ki, Birləşmiş Ərəb Əmirliklərinin Ras el-Hayme şəhərinin 25 dəniz mili şimal-qərbində bir yük gəmisinə naməlum bir cisim dəymiş və gəmidə yanğın baş vermişdir.

Gəminin kapitanı bildirib ki, gəmi naməlum bir cisimdən zərər görüb, amma ekipajda heç bir itki və ya xəsarət yoxdur.

Konteyner gəmisindəki zərərin miqdarı araşdırılır.

İran, ABŞ-İsrail’in ölkəyə hücumlarından sonra “Hürmüz Boğazı”nı bu hücumlarla əlaqəli ölkələrin gəmilərinə bağlamışdı.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə