"Ötən dövrün təcrübəsinə diqqət yetirsək, Bakı və Vaşinqton arasında münasibətlərin tarixinin ən uğurlu dövrünə qədəm qoyduğunu demək mümkündür". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, xüsusən ötən ilin avqustunda Prezident İlham Əliyevin amerikalı həmkarı Donald Tramp tərəfindən Vaşinqtona dəvət olunması və avqustun 8-də imzalanan ikitərəfli Bəyanat, habelə münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldilməsi istiqamətində ortaya qoyulan ciddi siyasi iradə demokratların anti-Azərbaycan siyasəti sonrası ABŞ-Azərbaycan əlaqələrində tam yeni səhifə sayılmalıdır:
"Məlumdur ki, demokratlar hakimiyyəti dövründə, cənab İlham Əliyevin də ifadə etdiyi kimi, Azərbaycan-ABŞ münasibətləri, demək olar ki, sıfırlanmış, Soros iqtidarının imperialist davranışları, o cümlədən Bayden-Blinken administrasiyasının Azərbaycanla münasibətlərinə erməni lobbisinin təsiri ilə Ermənistanın prizmasından baxması əslində Cənubi Qafqaz kimi mürəkkəb və strateji bölgədə ABŞ-nin özünün mövqeyinə köklü mənfi təsir göstərmişdi, lakin cənab Trampın hakimiyyətə gəlişi ilə vəziyyət köklü surətdə müsbət istiqamətdə dəyişməyə başladı. Azərbaycanın Vətən müharibəsi və antiterror tədbirlərindən sonra Cənubi Qafqazda yaratdığı yeni reallıqda Vaşinqton, daha dəqiq dəsək, cənab Trampın administrasiyası yaxşı anlamağa başladı ki, bu bölgədə maraqlarını yalnız Azərbaycanla bərabərhüquqlu tərəfdaşlıq vasitəsilə təmin edə bilər. Öz növbəsində bu yanaşma Bakı və Vaşinqton arasında yeni bir dövr başlatmış oldu ki, avqustun 8-də münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldilməsi iradəsini ifadə edən birgə Bəyanat əslində qeyd olunan reallığın davamı idi. Yeni reallığın əsas məğzi isə ondan ibarətdir ki, ABŞ Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallığın əhəmiyyətini dərk edir, rəsmi Bakının beynəlxalq hüququn ümumtanınmış normalarını rəhbər tutaraq yaratdığı status-kvonu məqbul sayır və yeni dünya nizamında qlobal miqyaslı lider kimi Azərbaycan rəhbərinin mövqeyi ilə hesablaşmağın zərurətini dərk edir. Cənab Trampın "Sülh Şurası"nın təsisçi üzvü kimi Azərbaycanı dəvət etməsi və sosial media hesabı üzərindən Azərbaycanı salamlaması da əslində ölkəmizin ABŞ-Azərbaycan münasibətləri üçün arzuladığı situasiyanın möhkəmlənməsindən xəbər verir".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB