Mətləb Salahov: “Seçkilər yaxınlaşdıqca kilsə revanşistlər üçün əsas qərargaha çevriləcək”
“Nikol Paşinyan Ermənistanda “dövlət içində dövlət” mövqeyinə sahib olan Eçmiədzin kilsəsinə və II Qareginə qarşı öz qələbəsini elan etsə də, proseslər bunun heç də belə olmadığını göstərir. Düzdür, hazırkı Ermənistan hökümət başçısı kilsənin revanşistlərdən təmizləndiyini desə də, ideoloji baxımdan hazırda revanşistlərin “ata ocağı” kilsə olaraq qalır. Çünki Ermənistanda siyasi liderlər səviyyəsində N.Paşinyana qarşı güclü fiqur ortada olmadığı üçün, bölgədə strateji maraqları olan dövlətlər daha çox II Qareginə “stavka” edirlər”.
Bu barədə SİA-ya şərhində jurnalist-ekspert Mətləb Salahov bildirib. M.Salahov bildirib ki, gələn ilki parlament seçkiləri Ermənistan uğrunda ABŞ, Rusiya və Qərb arasında əsl siyasi döyüş meydanına çevriləcək.”Burda diqqətə alınası əsas məqam özünü dünya lideri elan etmiş hazırkı ABŞ prezidenti Donald Trampın Cənubi Qafqazdakı planları və TRIPP layihəsinin taleyi, hazırkı ABŞ Administrasiyasına qarşı çıxış edən Avropa İttifaqı və Ermənistanı birdəfəlik cənginə keçirmək istəyən Rusiyanın hədəfləridir.
Çünki hazırda ABŞ və Avropa İttifaqının dünya siyasətindəki maraqları tam fərqlidir. Artıq “qoca qitə” ABŞ-la br cərgədə dayanmır. Demək, Ermənistandakı gələn ilki seçkilər dramatik siyasi tamaşa havasında keçəcək. Amma ən mühüm məqam odur ki, Moskva artıq bütün ümidlərini erməni siyasətçilərə deyil, II Qaregin və keşişlərinə bağlayıb”.
Afət Tahirqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB