“2026-cı il büdcəsinin əsas fəlsəfəsi sosial rifahın gücləndirilməsidir” - Əli Əhmədov
“Uğurlu şəkildə dövlətin qarşıya qoyduğu əsas hədəflər müəyyən olunub və bu hədəflərin həyata keçirilməsi cənab Prezident tərəfindən formalaşdırılmış sosial-iqtisadi strategiya çərçivəsində təmin edilir. Bu gün dövlət siyasətində əsas prioritetlərdən biri ölkənin ümumi təhlükəsizliyinin və iqtisadi sabitliyinin möhkəmləndirilməsidir”. SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin Elm və təhsil məsələləri komissiyasının üzvü, deputat Əli Əhmədov parlamentdə keçirilən komitə iclasında səsləndirib.
Deputat bildirib ki, Azərbaycanın iqtisadi inkişaf modeli dayanıqlı sosial rifahın təmin olunmasına yönəlib: “Dövlətin iqtisadi və maliyyə əsaslarının möhkəm olması insanlara layiqli həyat şəraitinin yaradılmasında həlledici rol oynayır. Hər bir sosial proqramın uğurlu icrası onun iqtisadi təməlinin düzgün qurulmasından asılıdır”.
Əli Əhmədov qeyd edib ki, 2026-cı ilin dövlət büdcəsi optimist, real və dayanıqlı proqnozlara əsaslanır: “Hədəf ondan ibarətdir ki, dövlət üzərinə götürdüyü bütün öhdəlikləri tam və ardıcıl şəkildə yerinə yetirsin. Büdcə xərclərinin maliyyə təminatının davamlılığı qorunur və bu prosesdə sosial istiqamətlərə xüsusi diqqət yetirilir”.
Deputat çıxışında qlobal və regional iqtisadi proseslərin də nəzərə alındığını vurğulayıb: “Müasir dünyada baş verən geosiyasi gərginliklər və iqtisadi çağırışlar bütün ölkələrə təsir göstərir. Buna baxmayaraq, Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan həm iqtisadi sabitliyini qoruyur, həm də beynəlxalq mövqelərini gücləndirir”. Əli Əhmədov bildirib ki, Azərbaycanın dövlət büdcəsi sosial yönümlüdür və bu istiqamətdə ardıcıl siyasət davam edir: “2026-cı ilin dövlət büdcəsində xərclərin təxminən 50 faizi sosial sahələrə – təhsil, səhiyyə, məşğulluq və sosial müdafiəyə yönəldilib. Əsas məqsəd insanların rifahını yüksəltmək, aztəminatlı qrupları dəstəkləmək və hər bir vətəndaşa layiqli həyat şəraiti yaratmaqdır”. Deputat çıxışını belə tamamlayıb: “Bütün bu siyasətin mərkəzində insan amili dayanır. Dövlətin prioriteti vətəndaşın rifahıdır. 2026-cı il büdcəsinin fəlsəfəsi də məhz budur – sosial rifahın gücləndirilməsi və həyat keyfiyyətinin yüksəldilməsi”.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)

USD
EUR
GBP
RUB