Mən Ağdama gələrkən əvvəlcə tanımadım. Sonra Ağdamın işğaldan azad olunmasından sonra necə göründüyünü xatırladım. Ermənilərin burada etdiklərini düşünmək qorxuncdur.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bunu Ağdamda Litvadan olan hərbi jurnalist Ricardas Lapaitis deyib.
Litvalı jurnalist Ağdama şəhər işğal olunmamışdan əvvəl də, işğaldan azad olunandan sonra da gəldiyini bildirib: “1993-cü il iyulun 20-də mən bu şəhərdə olmuşam. Ağdamı tərk edən sonuncu hərbi jurnalistlərdən biri idim. Digər azərbaycanlı hərbi jurnalist İlqar Cəfərov da mənimlə idi. Gecəni burada keçirdik. Ağdamdan yola düşməmişdən öncə Allahverdi Bağırovun məzarına getdik. 1993-cü ildə Ağdam yarıdağıdılmış görünürdü, amma bu, şəhər idi, böyük qəbiristanlıq var idi, orada 200 Xocalı sakini dəfn olunub, ağaclar, güllər var idi. Allahverdi Bağırovun məzarı başında dua etdim, amma hələ işğal olunacağını düşünmürdüm... Ermənilər özlərini dünyanın ən qədim, ən mədəni insanları kimi təqdim edirlər. Stenddəki fotoşəkillərə baxın, onlar necə yaşayıblar, ermənilər burada hər şeyi necə məhv ediblər və baxıb müqayisə edə bilərsiniz ki, Azərbaycanın bu torpağa münasibəti necədir. Torpaq tökülən qanı bağışlamaz. Torpaq təhqirləri bağışlamaz. Bu gün Ağdamı tamamilə başqa cür görürəm. Görün necə gözəldir. Mən hərbi jurnalistiyəm və Ağdamı işğaldan azad olunandan sonra tanımadım, çünki bura dəhşətli idi. İndi mən Ağdamı siz onu bərpa edəndən sonra, Ağdam əfsanəvi Feniks quşu kimi yenidən doğulandan sonra da tanımıram və buna görə qürur və ədalət hissi keçirirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə