"Qələbənin əldə edilməsində Azərbaycanın yeri və xidməti çox böyük olub" - ŞƏRH EDİLDİ
"Bugünlərdə 9 may faşizm üzərində qələbənin 85-ci ildönümü tamamlanır. Bu qələbənin əldə edilməsində əlbəttə ki, Azərbaycanın yeri və xidməti çox böyük olmuşdur. Hər birimizə bəllidir ki, Azərbaycan SSRİ məkanının bir parçası, bir subyektivi olmaqla bərabər, eyni zamanda müharibənin çağırışlarından geridə qalmayıb". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.
Onun sözlərinə görə, bu müharibədə həm canlı qüvvəsi, həm texnikası, həm də ən əsası nefti ilə Azərbaycan SSRİ-yə böyük yardımlar göstərmişdir. Təsadüfi deyil ki, çox zaman deyirlər ki, müharibədə qələbənin əldə edilməsində böyük bir payı məhz Azərbaycanın və Bakı neftinin üzərinə düşür: "Cənab Prezident tərəfindən imzalanan sərəncam ilk deyil. Müharibə veteranlarına və İkinci Dünya müharibəsində şəhid olan şəxslərin ailələrinə çox böyük diqqət və qayğı göstərilir. Hər il cənab Prezident İlham Əliyevin və birinci-vitse prezident Mehriban xanım Əliyevanın İkinci Dünya müharibəsi qəhrəmanlarından həyatda qalanlarla görüşlərə getməsi və onlarla görüşməsi, onların problemləri ilə maraqlanmaları çox gözəl bir nüansdır. Bütün bunlar Azərbaycanda insan amilinə, insan kapitalına, insan faktoruna böyük bir diqqətdir, böyük himayədir. Cənab Prezidentin bu il verdiyi sərəncam da bir daha onu göstərir ki, Azərbaycan dövləti Vətən yolunda, torpaq uğrunda öz canından keçən insanların xatirəsini çox əziz tutur və 44 günlük Vətən müharibəmizində müəllifləri olan şəhidlərimiz, qazilərimiz, veteranlarımız, onların ailələri unudulmadığı kimi, onlara böyük dövlət himayəsi olduğu kimi, eyni zamanda İkinci Dünya müharibəsinin iştirakçılarına da hər zaman diqqət və qayğı göstərilmiş və maddi yardımlar ayrılmışdır. Qələbənin 85-ci il dönümü ərəfəsində bu müharibədə iştirak edən, həyatda qalan bütün qocaman veteranları bir daha bu qəhrəmanlıqları münasibətilə təbrik etmək istəyirik və dövlətimizə, dövlət başçımıza heç kimi unutmadığı üçün və hər kəsin zəhmətinə, əməyinə, qəhrəmanlığına böyük bir ehtiramla yanaşdığı, verdiyi qiymət üçün təşəkkürümüzü bildiririk".
Bütün xəbərlər Facebook səhifəmizdə