Avropada faşizm yenidən dirçəlir TƏHLİL

"Peqida" neofaşist gənclər təşkilatı hakimiyyətlərə nasistlərin gətirilməsi barədə vərəqələr paylayır

Dünyanın əksər bölgələrində hökm sürən qeyri-sabit ictimai-siyasi vəziyyət iqtisadi, sosial, ticarət böhranlarının yaranmasına gətirib çıxarır. Xüsusilə də Avropada cərəyan edən iqtisadi, sosial, siyasi tənəzzül daha acınacaqlıdır. Bəzi siyasi şərhçilər Avropanı ağuşuna alan siyasi, iqtisadi böhranın ilkin mərhələ də Avropa İttifaqının dağılmasına gətirib çıxaracağını söyləyirlər. Sonrakı dövrdə isə Avropadan start götürəcək yeni müharibə ocaqlarının tədricən genişləncəyi proqnozlaşdırılır. Hazırda bəzi Avropa ölkələrində nasistlərin fəallığının artması proqnozların reallığa çevriləcəyinə əsaslar yaradır.

Avropada elə bir arzuolunmaz durum yaranıb ki, Almaniya, Finladiya, Niderland, İtaliya kimi ölkələrdə əhali küçələrə çıxaraq açıq şəkil də nasizmi təbliğ və təqdim edirlər. Bu günlərdə Finlandiyanın Kanta-Hame əyalətində keçirilən seçkilərdə Adolf Hitler namizəd kimi irəli sürülüb. Ölkənin bəzi KİV-ləri Adolf Hiterin küçələrdə divarlara yapışdırılan şəkillərini və "Səs ver və qalib ol" çağırışlarını dərc edib, paylaşırlar. Məlumata görə, nasizmin təbliğatçısı rolunda mərkəzi ofisi Almaniyada yerləşən və bütün Avropanı əhatə edən "Peqida" neofaşist gənclər təşkilatı çıxış edir. Finladiyanın qeyr-rəsmi dövlət nəşri olan "Yle" bu barədə məqaləsində qeyd edir ki, əhali "Adolf Hitlerə səs ver" çağırışlarına müsbət yanaşırlar: "Onlar vətəndaşları nasist lideri Adolf Hitlerə səs verməyə çağırıblar. Seçim düzgün olsa, ölkəmiz güclü olar və əhalimiz daha yaxşı və firavan yaşayır qazanar. Vərəqələrdə onun nömrəsi 88-dir. Neonasist simvolizmində bu rəqəm nasistlərin "Heil Hitler" salamına istinad edir". Digər tərəfdən elə dövlətlər var ki, faşizmin yenidən dirçəldilməsi üçün maliyyə vəsaitləri xərcləyirlər. Bu sırada Almaniyanın, Niderlandın və İtaliyanın tutduğu yol daha təhlükəlidir. Çünki faşizmin yenidəbən baş qaldırması üçün sözügedən dövlətlərin fəallıq nümayiş etdirmələri növbəti faciələrin baş verməsinə gətirib çıxara bilər. Nəzərə almaq lazımdır ki, İkinci dünya müharibəsi illərində Adolf Hitlerin ən yaxın müttəfiqləri Niderland, Yaponiya və İtaliya dövlətləri olmuşlar.

Hitlerin müttəfiqləri yenidən bir arada

A.Hitler müttəfiqlərinin hərbi, siyasi, maliyyə dəstəyi ilə bəşəriyyətə bəlkə də ağrı-acısını, faciələrini min il sonra belə aradan qaldırılması mümkün olmayan dəhşətlər yaşatdı. Müasir dövrün texniki, hərbi imkanlarının ikinci dünya müharibəsi illərindəkindən 100-150 dəfə artıq olduğunu nəzərə alsaq, o zaman üçüncü dünya müharibəsinin baş verməsi ilə dünyamızın dağılacağını, insanlığın məhv olacağını söyləmək olar. Həm də unutmaq olmaz ki, bəzi ölkələr əllərində nüvə silahının olmasından istifadə edərək, bəşəriyyəti atom bombası ilə hədələyirlər. Rusiya prezidenti Vladimiz Putin dəfələrlə "Rusiyasız dünya bizim nəyimizə lazımdır", - deyə dünya liderlərinə hədə mesajı göndərib. Ona görə də, bəşəriyyət, xüsusilə də tərəqqipərvər, sülhsevər xalqlar imkan verməməlidir ki, Avropada yenidən nasizm baş qaldırsın. Qətiyyətlə A.Hitlerin müttəfiqləri olmuş Almaniyanın, Niderlandın, Yaponiyanın və İtaliyanın bir araya gəlməsinə imkan verilməsin. Biz bir millət olaraq faşizmin cücərməsinə qarşıyıq. Azərbaycan xalqı onsuz da ikinci dünya müharibəsindən sonra bir daha erməni faşizmindən əziyyət çəkib. Ermənistan eyni ilə faşistlər kimi şəhər və kəndlərimizi dağıdıb, minlərlə insanlarımızı amansızlıqla qətlə yetirib, on minlərlə insanı isə doğma yurd -yuvasından didərgin salmışdır. Yəni faşizmin necə amansız və qəddar olduğunu taleyimizdə və həyatımız a yaşamışıq. Hələ İkinci dünya müharibəsi illərində 600 mindən çox azərbaycanlı cəbhəyə yollandı, onların yarıdan çoxu həyatını itirdi, yarımçıq ömür yaşadı. İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq SSRİ rəhbəri İosif Stalinin 1941-ci ilin 18 oktyabr tarixli əmrinə əsasən azərbaycanlılardan ibarət 77-ci dağatıcı diviziyası, 223-cü, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları yaradılaraq Zaqafqaziya hərbi dairəsində yerləşdirildi, 44-cü, 45-ci və 46-cı orduların tərkibinə daxil edildilər. Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci və s. milli diviziyalar Simferopolun, Odessanın və digər şəhərlərin, 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad olunmasında fəal iştirak etdi, 416-cı diviziya Qafqazdan Berlinə qədər böyük döyüş yolu keçdi, Berlinin süquta yetirilməsində xüsusi fəallıq göstərdi. Ümumilikdə müharibə dövründə 450 min nəfəri və ya 65 faizi orden və medallarla təltif olundu, 130 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Stalinqradın müdafiəsində Baloğlan Abbasovun snayperlər dəstəsi və Həzi Aslanovun tank alayı xüsusi fəallıq və qəhrəmanlıq göstərərək düşmənə ağır zərbələr endirdiklərinə görə hər iki azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görüldülər.

Tarix yazan Azərbaycanın qəhrəman oğulları

General-mayor Həzi Aslanov Brezna çayını keçərək Pleseni şəhərinin və 508 yaşayış məntəqəsinin azad edilməsində xüsusi xidmətlərinə görə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Azərbaycanlı əsgər və zabitlər 1942-ci ildə Şimali Qafqazın və 1943-cü ildə Ukraynanın azad edilməsi uğrunda döyüşlərdə fəal iştirak etdi, nasist ordusunun darmadağın edilməsində sovet silahlı qüvvələrinə yaxından köməklik göstərdilər. Şimali Qafqaz uğrunda döyüşdə Qafur Məmmədov və İdris Süleymanov göstərdikləri igidliyə görə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görüldülər. Ukraynanın azad edilməsində böyük xidmətlərinə görə M.Məhərrəmova, M.Ələkbərova, Ə.Məmmədova və F.Səfərova Sovet İttifaqı Qəhrəmanı fəxri adı verildi.

Azərbaycanın oğul və qızları faşistlərin Buhenvald, Mauthauzen, Dahau, Zaksenhauzen, Ravensburyuk, Treblinka və başqaları ölüm düşərgələrində Avropa ölkələrinin antifaşistləri ilə birlikdə hitlerçilərə qarşı mübarizə aparmış və azərbaycanlı adına layiq fəaliyyət göstərmişdilər. 1942-1944-cü illərdə azərbaycanlı hərbi əsirlər Polşanın Edlin, Almaniyanın Noyhammer Ştranse, Fransanın Rodez, İtaliyanın Udine, Triyestin Opçina, Çexoslovakiyanın Brno və Bistritsa rayonlarında gizli antifaşist təşkilatları yarada bilmişdilər. 1943-cü ildə faşistlərin Almaniyanın Stranse əsir düşərgəsindən İtaliyaya, Triyestə və Yuqoslaviyaya köçürdüyü sovet hərbi əsirləri içərisində xeyli azərbaycanlı var idi. Onlar gizli antifaşist təşkilatı yaratmışdılar. Təşkilatın rəhbərliyinə Mehdi Hüseynzadə, Mirdamət Seyidov, Cavad Həkimli və başqaları daxil olmuşdular.

Müharibədə döyüşməklə canlarını qurban verən oğullarımızla yanaşı arxa cəbhədə xalqımız cəbhəyə neft və neft məhsulları ixrac edirdi. Müharibə illərində Bakıda 130 növdə silah və döyüş sursatı istehsal edilirdi. İnsanlar şəxsi vəsaitlərindən müdafiə fonduna 15 kq qızıl, 952 kq gümüş, 320 milyon rubl verilib. Cəbhəyə 1,6 milyondan çox zəruri mal və 125 vaqon isti geyim göndərilib. Yalnız Leninqrad üçün 1942-ci ilin yayına qədər Bakı müəssisələrindən 2 vaqon qara kürü, 40 ton meyvə qurusu, 12 vaqon tomat-püre və şirə, qara ciyər ekstraktı, hematogen, jelatin və digər qida məhsulları, habelə tibbi ləvazimatlar və sarğı vasitələri göndərilib.

O illərdə Sovet İttifaqında hasil olunan aviasiya benzininin və yüksəkkeyfiyyətli sürtgü yağlarının 85-90 faizi Azərbaycanın payına düşürdü. Faşizm üzərində qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Azərbaycan neftinin hesabına hərəkətə gətirilirdi. Bakı nefti olmasaydı, bu müharibədə hərbi əməliyyatları uğurla başa çatdırmaq mümkün olmazdı. İkinci Dünya müharibəsində Azərbaycanın xidmətlərini yüksək qiymətləndirən SSRİ neft sənayesi naziri, daha sonra isə SSRİ Nazirlər Soveti Dövlət Plan Komitəsinin sədri olmuş Nikolay Baybakov demişdir: "Faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir respublika etməmişdir. 40-cı illərdə SSRİ-də çıxarılan 33 milyon ton neftin 23,5 milyon tonu Azərbaycanın payına düşürdü".

Almaniya "Peqida" neofaşist gənclər təşkilatı 100 minlik aksiya keçirməyi planlaşdırır

Göründüyü kimi, biz bir millət olaraq istər İkinci dünya müharibəsi illərində, istərsə də birinci Qarabağ savaşı dövründə alman və erməni faşizmindən əziyyətlər çəkmişik, məşəqqətlər görmüşük. Düzdür, qəhrəman Azərbaycan xalqı alman faşizminin ləğv edilməsində SSRİ-yə hər cür yardım göstərdi və məqsədlərə nail oldu, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən Müharibəsi ilə özü təkbaşına erməni faşizmini tamamilə məhv etdi, mövcudluğuna son qoydu. Bununla belə biz bir millət olaraq dünyada sülhün və təhlükəsizliyin tərəfdarıyıq. Xalq olaraq müharibələrə, münaqişələrə qarşıyıq. Ona görə də, Avropada faşizmin baş qaldırılmasından ciddi narahatıq. Dünyanın aparıcı dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlarına, sülhsevər xalqlarına müraciət edirik ki, faşizmin beşikdəcə boğulması üçün birlik nümayş etdirilsin, sərt və qətiyyətli tədbirlər görülsün. Gecikmə yeni faciələrin yaranmasına, fəalkətlərin baş verməsinə gətirib çıxara bilər. Nəzərə alnmaldır ki, İtaliya, Yaponiya, Finlandiya, Niderland, Almaniya kimi faşizmə dəstək göstərən dövlətlər yaxın vaxtlarda ittifaq yaratmağı planlaşdırırlar. Bununla bağlı O.Şoltsu əvəz edən Almaniyanın yeni kansleri Fridirix Mertzi komandasının üzvü olan, Daxili İşlər nazirinin "Hitlersayağı qətiyyətli qərarların verilməsi və addımların atılması nəinki Almaniyanın, ümumilik də Avropanın nüfuzunun artmasına, insanların həyat şəraitinin yaşxılaşmasına imkan yaradar" deyə bildirib. Hətta Almaniyanın güc strukturları faşizmin genişlənməsində xüsusi fəallığı ilə seçilən "Peqida" neofaşist gənclər təşkilatının dağıdıcı aksiyalarına göz yumurlar. Hər il Hitlerin anadan olduğu 20 aprel də "Peqida" neofaşist gənclər təşkilatı 100 minə yaxın faşist dərnəklərinin üzvlərinin iştirakı ilə müsəlmanlara qarşı, xüsusilə türklər əleyhinə aksiyalar keçirirlər. Bu zaman türklərin mağazalarına, evlərinə basqınlar təşkil edilir, insanlara xəsarətlər yetirilir, əmlaklarına zərər veririlir. 2025-ci il aprelin 20-də ənənəsinə sadiq qalan "Peqida" neofaşist gənclər təşkilatı A.Hitlerin anadan olması münasibəti ilə Bonn, Berlin, Hamburq, Leypisit, Bavariya, Leverkurzen, Münhen və digər iri şəhərlərdə faşizmə qarşı çıxanların cəzalandırılması şüarları ilə aksiyalar keçirmişlər. Aksiyaların gedişində onlarla müsəlman, xüsusilə türklər zərər görmüşlər. Zərəçəkənlər polisə şikayətlər ünvanlasalar da şikayətləri baxılmamış saxlanılıb. Bununla Almaniya hakimiyyəti faşizmin dirçəlməsində maraqlı olduğunu və müəyyən hallarda nasist təşkilatlarına dəstək göstərməkdən çəkinmədiyini nümayiş etdirir. Bu isə zərərli və təhlükəlidir. Dünya xalqları gözlənilən təhlükənin dəhşətlərini anlamalı və qabaqlayıcı tədbirlər görməlidir. Əks halda dünyamız növbəti dəhşətli fəlakətlərlə üzləşə bilər.

İLHAM ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə