Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) hüquqi statusunun artırılmasını dəstəkləyir. SİA xəbər verir ki, bu barədə aprelin 23-də Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədr Si Cinpinin imzaladıqları “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”da qeyd olunub.
Bildirilib ki, Azərbaycan Çinin ŞƏT-ə sədrliyini dəstəkləyir və Çin tərəfinin ŞƏT-in keyfiyyətcə inkişafı üçün göstərdiyi əməli səylərini yüksək qiymətləndirir:
"Azərbaycan “ŞƏT-in Dayanıqlı İnkişaf İli” tədbirlərində fəal iştirak etməyə və Təşkilatın üzv ölkələri ilə hərtərəfli əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirir".
Bütün xəbərlər Facebook səhifəmizdə