Azərbaycanla Çin hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat imzalayıb
“Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalanıb. SİA xəbər verir ki, bununla bağlı sənədi aprelin 23-də Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədr Si Cinpin imzalayıblar.
Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 22-də Çinə dövlət səfərinə gedib.
Bütün xəbərlər Facebook səhifəmizdə