YAP Sabunçu Rayon Təşkilatının Zabrat qəsəbəsi, Ruhulla Axundov küçəsi 27 (192 nömrəli tam orta məktəb) ünvanı üzrə ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. SİA xəbər verir ki, yığıncaqda çıxış edən YAP Sabunçu Rayon Təşkilatının məsul əməkdaşları qeyd ediblər ki, YAP Heydər Əliyevin təşkilatçılığı, müdrikliyi sayəsində o dövrdə çətin, amma şərəfli bir yol qət edib.
Sonrakı uğur və nailiyyətlər isə ölkə başçısı cənab İlham Əliyevin adı ilə sıx bağlıdır. Partiyamızın sədri, prezident İlham Əliyev Ulu Öndərin bəşəri ideyalarına sadiqliyini bütün hallarda uğurla yerinə yetirdi. Bu gün də bəşəri vəzifələr uğrunda mübarizə davam edir.
Çıxışlardan sonra ərazi ilk partiya təşkilatına yeni sədr və sədr müavininin seçilməsi məsələsinə baxılıb. Təşkilatın sədrliyinə Cavad Mustafayevin, sədr müavinliyinə isə Raziyyə Ağayevanın namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində yekdilliklə ərazi partiya təşkilatının sədri Cavad Mustafayev, sədr müavini isə Raziyyə Ağayeva seçilib.
Ərazi partiya təşkilatının seçilmiş yeni sədr və sədr müavini göstərilən etimada görə minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə