Sloveniyalı həmkarıma Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa edəndən sonra regionda yaranmış yeni reallıqlar barədə məlumat verdim. SİA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Sloveniya Respublikasının xarici işlər naziri Tanya Fayonla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, mart ayında sülh sazişinin mətni üzrə danışıqların yekunlaşması, Azərbaycanın prosesin tam yekunlaşdırılması üçün olan legitim gözləntilərini Ermənistanla bir daha müzakirə etmək şansı olub: “Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan götürülməsi və Minsk qrupunun ləğvini qeyd etdim. Delimitasiya prosesi aparılır, hələ də kommunikasiyaların açılması məsələsi açıq qalır. Naxçıvanla maneəsiz keçidin hələ də təmin edilməməsi barədə də fikir mübadiləsi aparıldı. Azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri, orada gedən proseslərə ən böyük təhdid olan mina təhlükəsi də müzakirə edildi”.
Bütün xəbərlər Facebook səhifəmizdə