Gələn il Azərbaycan-Sloveniya diplomatik münasibətlərinin 30 illiyi qeyd olunacaq - NAZİR

Azərbaycanla Sloveniya arasında diplomatik münasibətlərin qurulmasının 2026-cı ildə 30 illiyi tamam olacaq. SİA-nın məlumatına görə, bunu Sloveniyanın xarici işlər naziri Tanya Fayonla birgə mətbuat konfransı zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir qeyd edib ki, bu tarixə tərəflər dostluq abu-havasında, bir-birinin maraqlarını nəzərə almaqla yaxınlaşırlar.

"İki ölkə arasında dialoqu genişləndirmək üçün siyasi məsləhətləşmələrin aparılması vacibdir ki, sonuncu belə məsləhətləşmə 2025-ci ilin fevralında Bakıda baş tutub".

Bütün xəbərlər Facebook səhifəmizdə