Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB 2 - FOTOLAR
Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili mətbuata bəyanatlarla çıxış ediblər. SİA xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.
-Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Hörmətli cənab Prezident, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Sizi prezident vəzifəsinə seçilməyiniz münasibətilə bir daha ürəkdən təbrik edirəm, Sizə uğurlar arzulayıram. Mən çox şadam ki, prezident vəzifəsinə seçiləndən sonra Siz ilk rəsmi səfəri Azərbaycana edirsiniz. Biz bunu Azərbaycanda çox yüksək qiymətləndiririk. Bu, bir daha Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını göstərir.
Əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar. Bu gün də bu, belədir. Dövlətlərarası münasibətlər də yüksək səviyyədədir. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Təbii olaraq siyasi əlaqələr inkişaf edir. Yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir. Bizi birləşdirən bir çox sərmayə layihələri qeyd etdiyim kimi, böyük coğrafiya üçün önəmlidir. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır.
Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də bizim birgə maraqlarımızda olan məsələdir və burada həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir. Əfsuslar olsun ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq.
Gürcüstan-Azərbaycan əlaqələri haqqında çox danışmaq olar. Sadəcə, onu bildirmək istəyirəm ki, bundan sonra da bizim əlaqələrimiz yüksələn xətlə inkişaf edəcək.
Mən bir daha cənab Prezidentə təşəkkürümü bildirirəm. Əminəm ki, Azərbaycan xalqı da onun qərarını yüksək qiymətləndirəcək. Çünki adətən seçkilərdən sonra birinci səfər rəmzi xarakter daşıyır və bu səfər Azərbaycana edilib. Eyni zamanda, Gürcüstanın Baş naziri də seçkilərdən sonra ilk rəsmi səfərini Azərbaycana edib. Yəni, bu, artıq gözəl ənənəyə çevrilib. Buna görə bir daha Sizə təşəkkürümü bildirirəm və fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
X X X
Sonra Gürcüstanın Prezidenti bəyanatla çıxış etdi.
-Zati-aliləri cənab Prezident.
Nümayəndə heyətinin üzvləri.
Media nümayəndələri, xanımlar və cənablar.
İlk növbədə, səmimi qəbula və qonaqpərvərliyə görə Prezident İlham Əliyevə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Bu, mənim Gürcüstan Prezidenti kimi ilk xarici səfərimdir. Bu səfərdə Gürcüstanla Azərbaycan arasında strateji və xüsusi mehriban qonşuluq münasibətləri vurğulanır. Bu vəzifəyə seçildikdən sonra tezliklə Azərbaycana səfər etmək mənim üçün vacib idi.
Şadam ki, artıq cənab İlham Əliyevlə görüşmək imkanım olub. Biz Gürcüstanla Azərbaycan arasında çoxşaxəli nümunəvi əlaqələr, Cənubi Qafqaz regionunun çağırışları, dünyada gedən cari proseslər barədə düşüncələrimizi və fikirlərimizi bölüşdük.
Əsrlər boyu xalqlarımız arasında bənzərsiz dostluq inkişaf edərək əməkdaşlığın gələcəkdə daha da möhkəmlənməsi üçün etibarlı zəmin yaradıb. Milli özünəməxsusluğu qoruyub saxlamaq, adət-ənənələrə, mədəniyyətə, tariximizə hörmət xalqlarımızın xüsusi diqqət yetirdiyi təməl prinsiplərdir.
Bizim dostluğumuz qarşılıqlı hörmətə və bir-birimizin milli maraqlarının nəzərə alınmasına əsaslanır. Biz münasibətlərdə güvənməyin nə qədər vacib olduğunu başa düşürük və sözümüzün dəyərini bilirik. Bizi xilas edən və bu günə çatdıran bir sıra yazılmamış qanunlarımız, dəyərlərimiz var. Ona görə də Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığı bu qədər xüsusi və nümunəvidir.
Çağırışlar və təhlükələrlə dolu bugünkü qloballaşma dövrü bir çox fundamental dəyərləri təhdid edir. Ona görə də biz bu prinsipləri qorumaq üçün xüsusi diqqət və səy göstərməliyik. Gürcü və Azərbaycan xalqları millətlərimiz üçün həyati əhəmiyyət kəsb edən dəyərlərin qorunması uğrunda mübarizədə bir yerdədir və bundan sonra da birlikdə olacaqlar.
Mən qəti əminəm ki, zamanın sınağından çıxmış yüksəksəviyyəli strateji və mehriban qonşuluq münasibətləri daha da möhkəmlənəcək, Gürcüstanın və Azərbaycanın milli maraqlarının həyata keçirilməsində yeni müstəviyə keçəcək. Regionun və dünyanın qarşısında duran vəzifələrin səmərəli həlli üçün ölkələrimiz arasında bütün sahələrdə sıx əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.
Biz bir sıra ümumi, qarşılıqlı faydalı layihələr həyata keçiririk ki, bu da bütün dünya üçün regionumuzu daha da cəlbedici edir. Cənubi Qafqaz regionunun daha da rəqabətədavamlı, etibarlı və perspektivli olması üçün davamlı sülhün və sabitliyin təmin edilməsi vacibdir.
Vurğulamaq istərdim ki, Gürcüstanla Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Buna görə cənab Prezidentə bir daha təşəkkür etmək istərdim. Gürcüstan həmişə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin güclü tərəfdarı olub.
Gürcüstan Azərbaycan və Ermənistan arasında sülh sazişinin bütün bəndləri üzrə danışıqlar prosesinin bu yaxınlarda başa çatmasını alqışlayır. Bu, şübhəsiz ki, regionun potensialının, imkanlarının nümayişində və istifadəsində irəliyə doğru atılmış addımdır. Ümid edirik ki, yaxın gələcəkdə tarixi saziş imzalanacaq və regionda uzunmüddətli, davamlı sülhün təmin edilməsi üçün həlledici təkan olacaq.
Gürcüstanın bəyan etdiyi sülh siyasətini və regionda sülhün təmin olunmasına töhfə verməyə hazır olduğunu bir daha vurğulamaq istərdim. Sizi əmin etmək istərdim ki, Gürcüstan həmişə Cənubi Qafqazda dialoqun, diplomatiyanın, dinc yanaşı yaşamağın tərəfdarı olub və bu kurs gələcəkdə də davam edəcək.
Ölkələrimiz arasında mövcud olan xüsusi, çoxəsrlik dostluq və ümumi düşünülmüş siyasət bizə regionumuzun rolunu düzgün müəyyənləşdirməyə imkan verib. Əminəm, bizim ümumi gələcəyimizə uğurlu, iqtisadi cəhətdən güclü və firavan Cənubi Qafqaz regionu daxildir ki, burada xalqlarımız öz adət və ənənələri ilə birgə yaşaya biləcəklər, dırnaqarası liberal dəyərlərlə yox.
Təəssüf ki, son vaxtlar ölkələrimiz dəfələrlə ikili standartların və xarici qüvvələrin daxili işlərə müdaxiləsinin obyektinə çevrilib. Çoxsaylı səylərə baxmayaraq, biz bu təhlükələri qətiyyətlə aradan qaldırırıq, regionun təhlükəsizliyini və sabitliyini təmin edirik.
Heç bir üçüncü ölkə və ya təşkilatın xalqlarımız üçün nəyin yaxşı olduğunu bizdən yaxşı bilməsi mümkün deyil. Şadam ki, Azərbaycan ilə Gürcüstan arasında ümumi maraqların müdafiəsi sahəsində əməkdaşlıq intensivləşib və cənab Prezident, buna görə Sizə bir daha təşəkkür edirəm.
Düzgün və ardıcıl siyasətlə biz regionun potensialından tam istifadə etməli, dünyanın geosiyasi xəritəsində güclü, etibarlı, birləşdirici körpü funksiyasını yerinə yetirməliyik. Əminəm ki, ölkələrimizin və xalqlarımızın mənafeyi naminə bir-birimizin maraqlarını nəzərə alaraq əlaqələrimiz daha da sürətlə inkişaf edəcək.
Hörmətli həmkarım, cənab Prezident, səmimi qonaqpərvərliyinizə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, yaxın gələcəkdə Sizi Gürcüstanda qəbul etmək şərəfinə nail olacağam.
Təşəkkür edirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Astarada "Niva" aşıb, sürücü hadisə yerində ölüb
Hadisə 05:04Bakıda binada yanğın olub - sakinlər təxliyə edilib
Hadisə 04:06Türkiyə əsgəri Ərəbistana gedir - QƏRAR
Siyasət 03:22Halal pulun qurbanı
Ədəbiyyat 03:05Sabiq idarə rəisi olan polkovnik həbs edildi
Hadisə 02:22Bakıda iki avtomobil toqquşub
Hadisə 02:03Tovuzda ata oğulu bıçaqlayıb
Hadisə 00:22Arda Gülərin ŞOK tranfser qiyməti - 100 milyon dollar!
İdman 5 Oktyabr 23:26"Euronews": "Formula 1" Bakının turizm təqviminin əsas hadisələrindən biri olub
Sosial 5 Oktyabr 23:03Sumqayıtda köməksiz qalan vətəndaş xilad edilib - FHN məlumat yaydı
Hadisə 5 Oktyabr 22:35"Çelsi" 55 milyon dollarlıq futbolçu üçün "Barselona"nın qapısını döyəcək...
İdman 5 Oktyabr 22:19Türkiyəli nümayəndələr İrəvanda erməni nazirlə görüşüblər
Siyasət 5 Oktyabr 22:03Krossoverin yeni versiyası təqdim olunur...
Texnologiya 5 Oktyabr 21:52Celine-nin yeni əl yazısı...
Dəb 5 Oktyabr 21:28Rusiyada müəllimlər nə qədər qazanırlar..?
Təhsil 5 Oktyabr 21:06Dəniz xiyarları Meksikada narkotik kartellərinin kölgə valyutasına çevrilib
Dünya 5 Oktyabr 20:51FT: Belarus 2021-ci ildən bəri ilk dəfə ABŞ-a kalium tədarük edəcək...
İqtisadiyyat 5 Oktyabr 20:28“Biz Birinci Dünya Müharibəsinin təcrübəsindən ilham aldıq”
Dünya 5 Oktyabr 20:07Rusiya iqtisadiyyatı çökür...
İqtisadiyyat 5 Oktyabr 19:51Reuters: Kreml oliqarxlara qarşı çıxdı...
Dünya 5 Oktyabr 19:27Beynəlxalq geosiyasi mənzərə..?
Dünya 5 Oktyabr 19:05İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib
Siyasət 5 Oktyabr 18:58Dünya ölkələri üçün katolik keşişləri hazırlayan müsəlman ölkəsi...
Sosial 5 Oktyabr 18:52Hörmüz boğazından keçən neft tankerinə hücum edilib
Dünya 5 Oktyabr 18:45İçərisində 32 nəfərin olduğu hərbi təyyarə qəzaya uğrayıb
Dünya 5 Oktyabr 18:34Bir çox rus əsgəri əsir götürülməsinə görə sevinir..?
Dünya 5 Oktyabr 18:28“Iraqi Airways” İrana birbaşa uçuşları bərpa edir
Dünya 5 Oktyabr 18:17“Bu, ciddi bir xəstəlikdir...”
Səhiyyə 5 Oktyabr 18:05İran-Ermənistan münasibətlərinin dərinləşdirilməsi müzakirə edilib
Dünya 5 Oktyabr 18:02Rubio bunu istisna etməyib
Dünya 5 Oktyabr 18:01İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib
İdman 5 Oktyabr 17:59UNEC-də APTIS Mərkəzi fəaliyyətə başlayıb
Təhsil 5 Oktyabr 17:46Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib
Siyasət 5 Oktyabr 17:43Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub
Hadisə 5 Oktyabr 17:36İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 5 Oktyabr 17:28Nizami rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
Təhsil 5 Oktyabr 17:13Sabah bəzi yerlərdə leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Hadisə 5 Oktyabr 16:55Yaxşı ki, varsınız, əziz həkimlər...
Səhiyyə 5 Oktyabr 16:47Bakıda keçirilən cüdo üzrə dünya çempionatının açılış mərasimi baş tutub
İdman 5 Oktyabr 16:46İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir - YENİLƏNƏCƏK
İdman 5 Oktyabr 16:40Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir - XİN
Siyasət 5 Oktyabr 16:37Kompüter istifadəsinin göz sağlamlığına təsiri və quru göz sindromu
Səhiyyə 5 Oktyabr 16:34Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdirilib
Sosial 5 Oktyabr 16:34Azərbaycanın xarici siyasəti ölkəni qlobal güc mərkəzləri ilə yaxınlaşdırır - ŞƏRH EDİLDİ
Siyasət 5 Oktyabr 16:27Dr.Namiq Novruzov icra etdiyi qastrektomiya əməliyyatı barədə məlumat verib
Səhiyyə 5 Oktyabr 16:08Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub - FOTOLAR
İqtisadiyyat 5 Oktyabr 15:58Qadının özündən kiçik kişi ilə evlənməsi münasibətə necə təsir edir? - PSİXOLOQ AÇIQLADI
Sosial 5 Oktyabr 15:53"Azərbaycan artıq Cənubi Qafqazda orta güc statusuna malik ölkədir" - POLİTOLOQ
Siyasət 5 Oktyabr 15:38Dəyişən dünyada dəyişməyən dəyər: müəllimlik niyə əvəzolunmazdır? - ARAŞDIRMA
Təhsil 5 Oktyabr 15:32Mirzoyan və Araqçi təkbətək görüş keçiriblər
Dünya 5 Oktyabr 15:15Putin dünyanın yenidən bölünməsinə çağırıb
Siyasət 5 Oktyabr 14:56“Müəllim əməyinə dövlət qayğısı təhsil siyasətinin mühüm istiqamətidir“ -MUXTAR NAĞIYEV
Siyasət 5 Oktyabr 14:55ABŞ bombardmançıları Böyük Britaniya aviabazasını tərk edir
Dünya 5 Oktyabr 14:54YAP Səbail rayon təşkilatı 5 Oktyabr – Müəllimlər Günü ilə bağlı tədbir keçirib
Siyasət 5 Oktyabr 14:48Ramin Məmmədov Kürdəmirdə vətəndaşları qəbul edib - FOTO
Sosial 5 Oktyabr 14:48Yeni mərhələnin siyasi xəritəsi: Azərbaycanın gücü və strateji hədəfləri - MƏQALƏ
Siyasət 5 Oktyabr 14:46İranla Azərbaycan arasında hüquq-mühafizə sahəsində əməkdaşlığın əhəmiyyəti qeyd olunub
Siyasət 5 Oktyabr 14:24Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Hadisə 5 Oktyabr 14:22Uşaqlarda hansı laborator analizlər acqarına verilməlidir?
Səhiyyə 5 Oktyabr 14:21Təbaşir qoxulu Zəfər yolu - GÜNDƏM
Sosial 5 Oktyabr 14:17Özbəkistan səfiri Azərbaycan qadınlarının ictimai-siyasi fəallığını yüksək qiymətləndirib
Siyasət 5 Oktyabr 14:12“EU Reporter” Prezident İlham Əliyevin nitqinə həsr olunmuş analitik məqalə dərc edib
Siyasət 5 Oktyabr 14:10"Müəllimlik insanı həyata və gələcəyə hazırlayan məsuliyyətli missiyadır" - SOSİOLOQ DANIŞDI
Sosial 5 Oktyabr 14:10İlham Əliyev Avstriyanın Azərbaycanda yeni səfirini qəbul edib - FOTO
Siyasət 5 Oktyabr 14:06İnyesta: "Pedronu sevirəm"
İdman 5 Oktyabr 14:01Kreml Ukraynaya qarşı qisas elan etdi
Dünya 5 Oktyabr 13:54Sabah Bakıya və rayonlara yağış yağacaq
Sosial 5 Oktyabr 13:53İspaniya növbədənkənar parlament seçkilərinə gedir
Siyasət 5 Oktyabr 13:53YAP-ın VIII Qurultayı yeni mərhələnin mühüm siyasi hadisəsidir - ŞƏRH
Siyasət 5 Oktyabr 13:52İlham Əliyev Malayziyaya səfərə dəvət olunub
Siyasət 5 Oktyabr 13:51Dünya bazarında neft niyə bahalaşır?
İqtisadiyyat 5 Oktyabr 13:48Avstriyanın yeni səfiri Azərbaycanla ikitərəfli münasibətləri dərinləşdirmək niyyətindədir
Siyasət 5 Oktyabr 13:45Danimarkada 8,8 milyon insan şəxsi məlumatları risk altındadır - SƏBƏB?
Dünya 5 Oktyabr 13:44Pensiya sistemində nələr dəyişir? - EKSPERT DANIŞDI
Siyasət 5 Oktyabr 13:22"Vizasız rejim və birbaşa uçuşlar Azərbaycana turist axınını artıra bilər" - TURİZM EKSPERTİ
Turizm 5 Oktyabr 13:13"Sağlam münasibətdə insan yalnız eşidilməyə deyil, onu anlamağa da ehtiyac duyur" - PSİXOLOQ
Sosial 5 Oktyabr 12:49Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 5 Oktyabr 12:43Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
İqtisadiyyat 5 Oktyabr 12:42Müstəqil və çoxvektorlu xarici siyasət: Azərbaycanın geosiyasi manevr imkanları - DEPUTAT
Siyasət 5 Oktyabr 12:27Məktəb bitir, amma öyrənmək bitmir - KÖŞƏ
Sosial 5 Oktyabr 12:18“Dəyişiklik gələcək pensiyanı şəxsin sığorta iştirakına və pensiya kapitalına bağlayır” -EKSPERT DANIŞDI
İqtisadiyyat 5 Oktyabr 12:05Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə
Siyasət 5 Oktyabr 12:01Heydər Əliyev irsi: müstəqil Azərbaycanın qüdrətli dövlətçilik təməlləri və davamlı inkişaf yolu
Siyasət 5 Oktyabr 11:03“Azərbaycanın qarşısında böyük quruculuq və inkişaf məqsədləri dayanır” -MİLLƏT VƏKİLİ
Siyasət 5 Oktyabr 10:59"Forum Azərbaycanın beynəlxalq investisiya və iqtisadi əməkdaşlıq imkanlarını ön plana çıxarır" - DEPUTAT DANIŞDI
İqtisadiyyat 5 Oktyabr 10:44Özəl xəbərlər
Digər xəbərlərAzərbaycanın xarici siyasəti ölkəni qlobal güc mərkəzləri ilə yaxınlaşdırır - ŞƏRH EDİLDİ
Siyasət 5 Oktyabr 16:27Qadının özündən kiçik kişi ilə evlənməsi münasibətə necə təsir edir? - PSİXOLOQ AÇIQLADI
Sosial 5 Oktyabr 15:53"Azərbaycan artıq Cənubi Qafqazda orta güc statusuna malik ölkədir" - POLİTOLOQ
Siyasət 5 Oktyabr 15:38Dəyişən dünyada dəyişməyən dəyər: müəllimlik niyə əvəzolunmazdır? - ARAŞDIRMA
Təhsil 5 Oktyabr 15:32Mirzoyan və Araqçi təkbətək görüş keçiriblər
Dünya 5 Oktyabr 15:15
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
+100,00%
-
EUR
1,9329
+100,00%
-
GBP
2,2461
+100,00%
-
RUB
2,0000
+100,00%
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



