İlham Əliyevin Şimali Kiprlə bağlı açıqlaması möhtəşəm bir münasibət idi - "Haber Global" - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin Şimali Kiprlə bağlı açıqlaması möhtəşəm bir münasibət idi. SİA xəbər verir ki, bu barədə “Haber Global”ın süjetində İstanbul Topkapı Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasında dosenti Cihat Yaycı danışıb:

“Nə varsa, can Azərbaycan da var. Prezident İlham Əliyev Antalya Diplomatiya Forumunda da Şimali Kipr Türk Respublikasının həmişə yanında olduqlarını bildirdi”.

C.Yaycı Suriyanın keçid dövründə Prezidenti Əhməd əş-Şaaranın yunan Kiprinin xarici işlər nazirini qəbul etməsi məsələsinə də diqqət çəkib:

“Əhməd əş-Şaraa bildirdi ki, Kiprin tək təmsilçisi Cənubi Kipr idarəçiliyidir. Bəs Şəraanın üzərində Türkiyənin böyük təsiri olduğunu deyirdilər? Əgər belədirsə, həmin ziyarətin qarşısı alınmalıydı. Əgər qarşısını ala bilmirsənsə, onda Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlunun da Suriya ziyarətini təmin etməlisən”.

https://youtu.be/S9PxMqe85rc

Bütün xəbərlər Facebook səhifəmizdə